Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan Əyalətində yalnız 6 min dəsr otağı ölkə standartına uyğundur

İranın Təhsil Nazirliyinin Qərbi Azərbaycan Şöbəsinin rəisi İbrahim Məhəmmədi təmsil etdiyi əyalətdə dərs otaqlarının əksəriyyətinin ölkə standartına uyğun olmadığını bildirib

“İsna” xəbər agentliyinin noyabrın 6-da İ.Məhəmmədiyə istinadən yaydığı məlumata görə, Qərbi Azərbaycan Əyalətində təhsil ocaqlarında hər şagirdə düşən sahə təxminən 4 kvadrat metrdir, əyalətin ölkənin orta hesabına çatmaq üçün 5 min dərs otağına ehtiyacı var.

Təhsil Şöbəsinin rəisi bildirib ki, əyalətdə 24 min 800 dərs otağı var. Onlardan yalnız 6 mini ölkə standartına uyğundur, təxminən 18 min dərs otağında isə təcili olaraq təmir və sökülərək yenidənqurma işləri aparılmalıdır.

İ.Məhəmmədi bundan əvvəl “Mehr” xəbər agentliyinə bildirmişdir ki, Qərbi Azərbaycanda 697 təhlükəli və köhnə məktəb var, onlardan 419-ü kaneks (dəmirdən düzəldilmiş dərs otaqları” və 278-i palçıqdan tikilmiş otaqlardır. Şagirdlər belə məktəblərdə təhsil alır.

Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.(günaz.tv)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Laçında 36 milyonluq layihənin icrasına başlanılır

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

2036-cı il Yay Olimpiya Oyunlarının məkanı bəlli oldu

Müdafiə Nazirliyinin generalı istefaya göndərilib - Yenilənib

Rusiya Xankəndində konsulluq açmaq istəyir... - Bu erməniləri Qarabağa qaytarmaq üçün yeni bir cəhddir?

Bakıda Britaniya layihəsinin tətbiqi uğurla davam edir

Tramp Moskva və Pekini bombalayacağını vəd edib

Ən çox oxunanalar