Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk kəşfiyyatı MOSSAD-ı şok etdi

Qaşıqçı cinayəti şiddətli bir sarsıntıydı, zədə alan mərkəz isə Ər-Riyaddan çox Təl-Əviv idi

İsrail bu prosesi əvvəldən bu yana böyük narahatçılıqla izləyir. Çünki həm qurduqları bir nizam vardı, o dağıldı, həm də kəşfiyyat şəbəkələri ifşa oldu. Bununla yanaşı, Qaşıqçı cinayətində Türk kəşfiyyatından da MOSSAD-a çox önəmli bir mesaj getdi.

Taha Dağlı / Haber7

İsrailin Qaşıqçı qətlində dayandığı yerə maddə maddə baxaq.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman ilə ABŞ prezidenti Tramp və kürəkəni Kuşner arasında xüsusilə son bir ildir çox özəl bir münasibət var.
Bəs bu əlaqə necə təmin olundu?
Sadəcə Trampın kürəkəni Kuşner və BƏƏ üçlüyü ilə bu əlaqələr tamalandı, yoxsa daha çoxu var idimi?

İsrail adına ABŞ-da çalışan bir şəbəkə kimi

-Daha çoxu var, o da İsraildir. Sadəcə Kuşner əlaqəsi ilə deyil.
Tramp, 2017-nin yanvarında Ağ Evə gələndə Vaşinqtonda xüsusi bir şəbəkə işbaşına çıxdı.
Livan əsilli Amerikalı iş adamı Corc Naderin təşkil etdiyi və Trampın müşavirlərinin da iştirak etdiyi iclaslarda İsrail siyasətinə üstünlük verildi. İran müqaviləsinin ləğvi, Qüdsün paytaxt elan edilməsi kimi İsrail mənafeyinə uyğun siyasi başlıqlar Trampın gündəliyinə daxil edildi.
-Vaşinqtonda Trampı İsrail maraqlarına yönəldən xüsusi danışıqlarda Səudiyyə Ərəbistanlı əhəmiyyətli bir şəxs vardı. O da Səudiyyə Ərəbistanının kəşfiyyat rəisinin müavini Əhməd Assiriydi. Assiri, həmçinin vəliəhd şahzadə Məhəmməd bin Salmanın da sağ əliydi. Bu adı son olaraq Qaşıqçı cinayətində eşitdik, Qaşıqçı-nın qətlini icra edən qrupun başında da Asiri vardı.
-Asiri, Səudiyyə Ərəbistanı adına, daha doğrusu Məhəmməd bin Salman adına Vaşinqtonda İsrail və BƏƏ tərəfdaşlığında Trampın rəhbərliyi altında Yaxın Şərqi dizayn etmək planlarında yer aldı.
-Plan açıq idi. Tramp, prezident olanda masadakı ABŞ siyasətlərinin demək olar ki, hamısı Yaxın Şərq üzərində olacaq və bu siyasətlərin hamısı tam mənada İsrail mənafeləri ilə üst-üstə düşəcəkdi.

İsrail-BƏƏ-Səudiyyə Ərəbistanı və Tramp əməkdaşlığı

-Əlbəttə, bu planın ən başında İsrail vardı. İsrail, 2010-dan bu yana BƏƏ ilə davam edən tərəfdaşlığına 2017-ci il etibarilə Səudiyyə Ərəbistanını da daxil edib. Bu üçlü Tramp adına çalışan vəzifəlilər Stiv Bannon, Maykl Flynn kimi şəxslərlə birlikdə hərəkət etdi. “Rusiya Trampın lehinə ABŞ seçkilərinə müdaxilə edib” tezisinin arxasında da bu şəxslər idi.
-Qeyri rəsmi toplantılarda Məhəmməd Bin Salmanın sağ qolu olan Səudiyyə kəşfiyyatçısı Əhməd Asiri ilə yanaşı, bin Salmanın media müşaviri Səud əl Kahtan və Mahir Mutrib də yer alıb. Kahtan və Mutribin adları də Asiri ilə birlikdə Qaşıqçı cinayətində ən başda çəkilir.
-İsrail Yaxın Şərqi dizayn işlərində BƏƏ-ni yazılım texnologiyaları ilə yönləndirirdi. Bu sayədə Qətərə qarşı kiber hücumlarla beynəlxalq böhran çıxara, kəşfiyyat məlumatları toplaya və hətta sui-qəsd edam qrupları belə formalaşdıra bilirdi.
-İsrail eyni texnologiyanı Səudiyyə ilə də bölüşdü. Asiri, Kahtan və Mutrib üçlüyü Qaşıqçı-nın ardınca düşəndə İsrail kəşfiyyatının da istifadə etdiyi proqramlardan istifadə etdi. Bu sayədə Qaşıqçı-nın vəliəhd şahzadə haqqında nələr danışdığı da qeydiyyat altına alındı.
-İsrail texnoloji kəşfiyyat şəbəkəsini BƏƏ və Səudiyyə üzərindən xüsusi bir şəbəkə halına gətirdi. Vaşinqtonda qəbul olunan hər bir qərar İsrail lehinə olmağa başladı. Təkcə orada deyil, Ər-Riyaddan çıxan Qətər böhranı kimi həmlələr də İsrailin yararınaydı.

Tramp pul, İsrail siyasi güc qazandı

-Trump rəhbərliyi bu fəaliyyətlərdən bol kommersiya sazişləri əldə edərkən İsrail regional təhlükəsizliyi baxımından baha qiymətləndiriləcək dəyərdə siyasi nailiyyətlər təmin etdi.

İngiltərə bu vəziyyətdən narahatdır

-ABŞ-da Tramp əleyhinə olan qüvvələr bu planı ifşa etmək üçün xeyli çalışdı. Həmçinin İngiltərənin də İsrail-Səudiyyə Ərəbistan-BƏƏ və Tramp rəhbərliyinin dördlü icraçılarından məmnun olmadığı da açıq idi. Ortaya çıxan siyasi balanslardan kənarda qalan İngilislər, xüsusilə Qüds məsələsində əmanətin Tramp-İsrail əli ilə istifadə edilməsindən narahat oldu.

Əsas isim Asiriydi

-Şəbəkənin fəaliyyəti Qaşıqçı cinayətində ifşa oldu. İsrail proqramlarını istifadə edən Səudiyyə kəşfiyyatçıları Əhməd Asiri ilə Səud əl Kahtan və Mahir Mutribin Qaşıqçı aktındakı rolları, Türk kəşfiyyatının işi ilə ortaya çıxarıldı.
-Mahir Mutribin 2 oktyabr günü, yəni Qaşıqçı-nın öldürüldüyü gün etdiyi 19 telefon danışığı, bu danışıqlardan 4-nün vəliəhd şahzadə Məhəmməd bin Salmanın xüsusi katibi ilə olması kimi detalların hamısı müəyyən edildi.

##relatedPostMilli##Qaşıqçı cinatəyillə İsrailin itirdikləri

-Türk kəşfiyyatının Qaşıqçı cinayətini həll etməsi İsraili narahat edib. Çünki MOSSAD-ın buradakı rolu ifşa oldu.
-Həmçinin Türk kəşfiyyatı MOSSAD-a "etdiyin fırıldağı başına çevirərəm” " mesajı verdi.
-İsrailin narahat edən başqa bir nəticə də Türkiyə tərəfindən ifşa edilən Səudiyyə kəşfiyyatçısı Asirini itirmələri oldu.
-İsrailin siber kəşfiyyatı saat kimi işlərkən Səudiyyəmi bir naşılıq edti, yoxsa Türk kəşfiyyatımı daha güclü çıxdı? Hazırda MOSSAD bu sualın cavabını ciddi müzakirə edir.

Son bir qeyd

-İsrailli yüksək səviyyəli bir təhlükəsizlik rəsmisi bir neçə gün öncə "Ümid edirik ki, Türklər, Qaşıqçı aktındakı kəşfiyyat toplama qabiliyyətlərini İsrailə qarşı yürüdülən Həmas fəaliyyətlərində də eyni qətiyyətlə göstərəcəklər" açıqlaması ilə əslində yaşadığı şoku da etiraf etmiş oldu. (müxalifət.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Relsin üzərində uzandı, qatar üstündən keçdi

Ən çox oxunanalar