Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn ilin büdcəsində neftin qiyməti ilə bağlı risk mövcuddurmu? - İlham Şaban açıqladı

Ekspert: “Çox güman ki, real qiymət 70 dollar civarında olacaq”

“Proqnozların heç biri özünü praktikada doğrultmur. İndidən gələn ilin neftlə bağlı proqnozunu vermək mümkündür, lakin praktikada necə olacağı dəqiq deyil”.

Bu sözləri neft sənayesi üzrə ekspert İlham Şaban 2019-cu ilin büdcə zərfində neftin qiymətinin 60 dollardan hesablanmasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bildiyimiz kimi, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulur. Bəzi ekspertlər isə neft qiymətinin kəskin düşə biləcəyini proqnozlaşdırsalar da, bir qisim ekspert isə neftin qiyməti nə qədər ucuzlaşsa da, 60-65 dollar civarında olacağını ehtimal edir. Hazırda ABŞ OPEK-ə hasilatı artırmaq üçün təzyiqlər edir. Digər tərəfdən İranın qara bazarda neft satışını artırması ilə bağlı xəbərlər yayılmaqdadır.

2019-cu ildə bu və ya digər səbəbdən neftin qiymətinin 60 dollardan aşağı düşməsi ehtimalı varmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft snayesi üzrə ekspert İlham Şabanın fikirlərini öyrənib.

İlham Şaban: “Azərbaycan 2019-cu ilin dövlət büdcəsi layihəsində özündən yeni bir kəşf etməyib. Gələn ilin neft qiyməti məhz neft şirkətlərinin proqnozlarına əsaslanıb”.

Neft sənayesi üzrə ekspert bir qayda olaraq neftin qiymətləri ilə bağlı verilən proqnozlar özünü doğrultmur. Buna baxmayaraq bəzi proqnozlar həqiqətə yaxın olur. İlham Şabanın özünün proqnozuna görə isə gələn il neftin qiyməti 70 dollar civarında olacaq və bu da Azərbaycanın gələn ilin büdcəsi üçün risk olmadığını göstərməkdədir:

“Son 3 ilin praktikasından çıxış etsək, son bir neçə ildə ehtimal olunan proqnozların heç biri özünü doğrultmayıb. Xüsusən də cari illə bağlı “Brent” markalı neftin orta qiymətinə verilən proqnoz 57 -59 dollarlıq qiymət bu il hələlik 75 dollardan yüksədir. Lakin ilin birinci rübündə “Brent” markalı neftin qiyməti 61-62 dollara qədər korrəktə edilmişdi.

Gördüyünüz kimi, proqnozların heç biri özünü praktikada doğrultmadı. İndidən gələn ilin neftlə bağlı proqnozunu vermək mümkündür, lakin praktikada necə olacağı dəqiq deyil. Bəzən verilən proqnozlar həqiqəti əks etdirsə də tam olaraq neftin qiymətini proqnozlaşdırmaq mümkün deyil.

Digər tərəfdən, aparıcı neft şirkətləri inkişaf proqnozlarında öz büdcələrini 60 dollardan hesablayırlar. Ona görə də Azərbaycan 2019-cu ilin dövlət büdcəsi layihəsində özündən yeni bir kəşf etməyib. Gələn ilin neft qiyməti məhz neft şirkətlərinin proqnozlarına əsaslanıb. Bu baxımdan çox güman ki, real qiymət 70 dollar civarında olacaq. Azərbaycan riskləri nəzərə alaraq gələn il üçün neftin qiymətini 60 dollardan hesablayıb”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Baş nazirin müavini Əli Əhmədov parlament seçkiləri ilə əlaqədar məzuniyyətə çıxacaq

Ən çox oxunanalar