Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi güzəştləri daha 5 il uzadılacaq

2019-cu ildən etibarən ölkənin müəyyən edilmiş iqtisadi və sosial inkişaf hədəflərini özündə əks etdirən ortamüddətli xərclər çərçivəsinin hazırlanmasına başlanılacaq

Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə pərakəndə ticarət və ictimai iaşədə nağdsız ödənişlər üzrə (POS-terminal vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərinin verilməsi büdcə vergi siyasətinin əsas istiqamətlərindəndir. Bundan başqa, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların iştirakının təmin etmək üçün neft və qaz məhsullları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsinin istehlakçılara geri qaytarılması prinsiplərinin tətbiqi nəzərdə tutulur.

Ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiq edilməsi (2%), əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi (topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 3 nəfərdən çox olan istehsal fəaliyyəti və s.) və bu sahədə mövcud olan vergi güzəştlərinin azaldılması istiqamətində müvafiq tədbirlərin görülməsi vergi siyasətinin istiqamətləridir.

Həmçinin qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılması, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi və kiçik sahibkarlıq subyektinin təsisçisinin dividend gəlirlərinin vergidən azad olması nəzərdə tutulur.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar