Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Klinik Xəstəxanada həkim səhlənkarlığı daha bir can aldı - Meyit ortalıqda qaldı

Bakı şəhər sakini Nazilə Əhmədova həkim laqeydliyi səbəbindən Mərkəzi Klinik Xəstəxanasında dünyasını dəyişib

Dia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya mərhumun qızı Nərmin Əhmədova məlumat verib.

"Dünən gecə saat 2-nin yarısında anamın vəziyyəti anidən pisləşdi və təcili yardım çağırdıq. Təcili Tibbi Yardım pul aldıqdan sonra anamı Respublika Kliniki Xəstəxanasına gətirdi. Qeydiyyat üçün 10 manat verdik. Sonra onu reanimasiya şöbəsinə yerləşdirdilər. Rasim adlı həkim xəstəyə baxdıqdan sonra vəziyyətinin ağır olduğunu, gecə növbəsi olduğundan xəstəyə baxmağın çətin olduğunu dedi. Biz də hər cür "hörmət" edəcəyimizi, təki anama yaxşı baxılmasını, hətta lazımdırsa, başqa bir xəstəxanaya köçürülməsini istədik. "Narahat olmayın" deyib, getdi" deyə Nərmin Əhmədova bildirib.

Onun sözlərinə gərə, gecə saat 05.00 radələrinə qədər xəstə haqda heç bir məlumat verilməyib, nə kompüter tomoqrafiya, nə də exo kordioqrama edilməyib:

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

"Təkcə qan analizi götürüblər. Onu da pul aldıqdan sonra ediblər. Səhər saat 5-də məlumat verdilər ki, vəziyyəti yaxşıdır, təzyiqi də normaya düşüb. Səhərə qədər orada gözlədik. Amma əlavə heç bir məlumat vermədilər. Davamlı olaraq mühafizəyə pul, ora pul, bura pul... Bu şəkildə xəbər gözləyirdik. Saat 1-in yarısında qohumlarımızdan biri yanına girəndə görüb ki, qadının bədəni gömgöydür. Onda dedilər ki, xəstə indicə keçindi və heç nə edə bilmədik".

Nərmin Əhmədova bildirb ki, Səhiyyə Nazirliyinə və xəstəxana rəhbərliyinə müraciət etsələr də, laqeyidliklə üzləşiblər:

"Səhiyyə Nazirliyinə müraciət etdik, xəstəxananın baş həkimi Telman İbadovun, müavininin yanına getdik, amma çox laqeyd şəkildə münasibət göstərdilər. Xəstə ölüb, amma bunların veclərinə deyil. Reanimasiyada 15-20 nəfər ağır xəstə də var. Onlar da baxımsız vəziyyətdədirlər. Anamın meyiti də eləcə, reanimasiya bölməsində, ortalıqda qalıb, baxan yoxdur. Heç bir müdaxilə olmadığı üçün xəstə 8-10 saat ərzində vəfat etdi".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb

Ən çox oxunanalar