Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Əliyev:“Ölkədə böyük həcmdə kölgə iqtisadiyyatı mövcuddur”

“Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası bu sektorun effektivliyinin artırılması üzrə ümidləri doğrultmadı”

Bu fikri Turan agentliyinin “Çətin sual” verilişinə müsahibəsində maliyyə məsələləri üzrə ekspert Samir Əliyev bildirib. Palatada bu yaxınlarda baş vermiş struktur dəyişikliklərini və Müşahidə Şurasının ləğv edilməsini şərh edən Əliyev xatırladıb ki, Palata maliyyə-bank sektorunda vəziyyətin tənzimlənməsi üçün yaradılıb. Orada beynəlxalq korporatif idarəetmə mexanizmi tətbiq edilib: “Amma sonradan nizamnaməyə İdarə Heyətinin səlahiyyətlərinin genişləndirilməsi məqsədilə dəyişikliklər edilib. Nəticədə ikili hakimiyyət yaranıb ki, bu da palatanın effektivliyinin azalmasına gətirib çıxarıb”.

Ekspertin sözlərinə görə, ötən il ərzində Palatanın fəaliyyəti bir neçə bankın bağlanması və bir sıra kredit təşkilatlarının lisenziyalarının geri alınması ilə yadda qalıb. Palata AMB-dən daha sərt tələblər tətbiq edib. Nağd ödənişlər üzrə amansız məhdudiyyətlər tətbiq edilib, əlavə olaraq 1% sadələşdirilmiş vergi tətbiq edilib.Bu tədbirlər bankların fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxarıb, onların normal fəaliyyəti üçün problemlər yaradıb: “Digər tərəfdən, Azərbaycanda hələ də qiymətli kağızlar bazarı yaradılmayıb. Heç kim üçün sirr deyil ki, ölkədə böyük həcmdə kölgə iqtisadiyyatı mövcuddur. Maliyyə monitorinqi xidmətinin yaradılmasına və digər addımlara baxmayaraq, çirkli pulların yuyulmasına qarşı mübarizədə əhəmiyyətli nəticələr yoxdur”.

KİV və beynəlxalq təşkilatlar çox vaxt kölgə iqtisadiyyatının yüksək səviyyədə olmasından, gizli pul köçürmələrindən və s. yazırlar. Amma buna heç bir rəsmi reaksiya yoxdur. Bu sahədə hesabatlılıq artırılmalıdır”, – deyə ekspert bildirib. Onun sözlərinə görə, bir tərəfdən bankların fəaliyyətinə nəzarət artırılmalıdır, digər tərəfdən bu qurumlar öz məlumatlarını açıqlamalıdır: “Kölgə iqtisadiyyatına qarşı mübarizə üçün nağdsız ödənişlər sistemi inkişaf etdirilməlidir. Eyni zamanda real sektorda şəffaflığın artırılmasına nail olmaq lazımdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar