Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dərnəgül" yarmarkası bağlandı

Paytaxtın Binəqədi rayonu, "Dərnəgül" qəsəbəsi, Koroğlu Rəhimov küçəsi 53 ünvanında hər həftənin şənbə və bazar günləri təşkil edilən yarmarka artıq 2 həftəyə yaxındır ki, bağlanıb

Sentyabrın əvvəllərində məkanın dam örtüyünün bir hissəsi sökülmüşdü.

Qeyd edək ki, ötən ilin sentyabrında da oxşar problem baş vermişdi. Yarmarkada üzərinə məhsulların yığılması üçün nəzərdə tutulmuş stollar sökülərək aparılmışdı. Lakin yarmarka işini 1 il ərzində davam etdirməyi bacarmışdı.

Məsələni aydınlaşdırmaq üçün əlaqə saxladığımız Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən redaksiyamıza verilən açıqlamada bildirdilər ki, Dərnəgüldəki yarmarkanı Binəqədi Rayon İcra Hakimiyyəti təşkil edir:

"2 şəxs məsələ ilə bağlı Qaynar xəttə zəng vurmuşdu. Yarmarkanın işləyib-işləməyəcəyini soruşurdular. Suallarına aydınlıq gətirilməsi üçün onlara Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etməli olduqları bildirildi. Fermerlərdən isə məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət daxil olmayıb".

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyindən ötən dəfə "Kommersant.az"a verilən açıqlamada bildirilmişdi ki, Nazirliyin yarmarkaların təşkilində birbaşa iştirak forması yoxdur:

"Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarının 21-ci maddəsinə əsasən, yarmarkalar yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq həmin orqan tərəfindən təşkil edilir. Digər bəndə əsasən, kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkaları hər həftənin şənbə və bazar günləri, habelə Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında bayram günləri və digər əlamətdar hadisələrlə bağlı müəyyən edilən günlərdə keçirilir. Yarmarkalar başdan-ayağa bərbad gündədir. Antisanitariya halları baş alıb gedir. Nazirliyin həmin yarmarkaların təşkilində hansısa iştirakı olsa idi, əminliklə deyə bilərik ki, o yarmarkalarda belə biabırçılıqlar olmazdı".(Kommersant.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Ən çox oxunanalar