Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elə bildim dərman almağa pulu çatmır, nə bilim ev problemi var” - Xatirə

Müğənni Xatirə İslamın sosial şəbəkədə xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ilə bağlı yazdığı şərh müzakirələrə səbəb olub

Bir izləyicisi sənətçini aktrisaya maddi kömək etdiyi üçün qınayıb və bunları yazıb:

"Sizin səsinizə sözüm yoxdur, hər zaman var olun. Amma son zamanlar Tünzaləyə görə sizə qiymət verən böyük tamaşaçı kütləsini itirdiniz. Bundan sonra sizi dəyərli bildiyim müğənnilərin siyahısından silirəm".

Onun bu sözlərini Xatirə cavabsız qoymayıb. Müğənni Tünzalənin pulu ipoteka krediti üçün yığmasından xəbərsiz olduğunu etiraf edib:

"Niyə sildiniz məni? Pulu yığıb, cibimə qoydum? Yoxsa özümə paltar aldım? Mən elə bildim dərman almağa, müalicə olub sağalmağa imkanı çatmır və bunu etdik. Mən hardan bilim ki, onun ev problemi var? Məni belə şeylərə qarışdırmayın".

Xatirə daha sonra paylaşımına yazılan şərhləri bağlayıb və bu sözləri silib.

Qeyd edək ki, T.Əliyeva üçün Xatirə müğənnilərdən pul yığıb "Bizimləsən" verilişində aktrisaya təqdim edib. "Toppuş bacı" ləqəbli aktrisa evinin kirayə pulunu ödəyə bilmədiyi üçün aparıcı Zaur Baxşəliyevin verilişinə gəlib və kömək istəyib.(axşam.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar