Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Toppuş bacı” : “Kim nə yazır, Allah canınızı sağ etsin” 

ATV-nin "BizimləSən" verilişi əməkdar artist Tünzalə Əliyevanın əmək qabiliyyətini itirdiyini əsas gətirərək evinin kreditini ödəmək üçün yardım aksiyasına başlayıb

Əməliyyatının və müalicəsinin xərci dövlət tərəfindən ödənilən aktrisanın bu hərəkəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri onu insanların mərhəmət hissindən sui-istifadə etməkdə, öz vəsaiti hesabına müalicə olunmaq məcburiyyətində qalan və əlacı hər yerdən kəsilən minlərlə xərçəng xəstələrinin haqqına girməkdə günahlandırırlar. İnsanlar aktrisanın günlərdir efiri öz kredit problemi ilə zəbt etməsi, xəstəliyindən istifadə edib pul yığmasını iyrənc adlandırıblar.

"Toppuş bacı" kimi tanınan aktrisanın bu hərəkəti Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlini də özündən çıxarıb. O, mətbuata açıqlamasında, aktrisanın səhhətinin normal olduğunu, yeriməsində və qidalanmasında heç bir probleminin olmamasını bildirib. Baş onkoloqun bu açıqlaması ilə aktrisanın əmək qabiliyyətini itirmədiyini deyir.

Tünzalə xanım baku.ws-ə açıqlamasında barəsində deyilənlərə, yaranmış fikirlərə belə reaksiya verib:

"Kim nə yazır, Allah canınızı sağ etsin. Allah balalarınızı saxlasın. Heç vaxt xəstələnməsinlər. Ümumiyyətlə, heç kim xəstəliyin nə olduğunu bilməsin. Bundan artıq cavab verməyəcəm. Hər kəsə can sağlığı arzulayıram!"

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar