Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağac kəsiminə görə cəzalar sərtləşdirilsin - Təklif

"Yaşıllıqları məhv edən insanlar ciddi şəkildə cəzalandırılmalıdır. Bununla bağlı qanunvericiliyə daha ciddi dəyişikliklər edilməli, daha ciddi sərtləşdirmələr nəzərdə tutulmalıdır. Həm çərimələr artırılmalı, həm də cəzalandırma tədbirləri qanunvericilikdə əksini tapmalıdır"

Bunu millət vəkili Hüseynbala Mirələmov Milli Məclisin (MM) 2018-ci il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin sentyabrın 12-də keçirilən ilk iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, yaşllıqların məhv edilməsi ilə bağlı həyəcan təbili çalınmaqdadır:

“Hər gün mediada bu haqda xəbərlərə rast gəlmək olmur. Axşam keçdiyin ərazidə yaşıllığı görürsən, ancaq səhər tezdən görürsən ki, həmin ərazidə yaşıllıqdan əsər-əlamət qalmayıb. Bu, cinayətdir, təbiətin məhv edilməsidir, ekologiyaya böyük ziyan vurulmasıdır.

Hansı ki, xaricdə adi bir kəpənəyi öldürənə az qala böyük cəza verilir. Ona görə də yaşıllıqları məhv edən insanlarla bağlı daha ciddi cəzalandırmalar, maliyyə sanksiyaları nəzərdə tutulmalıdır”.

Millət vəkilləri Cavanşir Paşazadə və Novruz Aslan da həmkarlarının fikirlərini dəstəkləyiblər, bu məsələdə cəzalandırma tədbirləri ilə yanaşı, maarifləndirmə tədbirlərinin də artırılmasını vacib sayıblar.

Adıçəkilən komitənin sədri Eldar İbrahimov yaşıllıqların məhv edilməsini cinayət əməli adlandırıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

O bildirib ki, ölkədə yaşıllıqların qorunub-saxlanılması, yeni yaşıllıqların salınması dövlət başçısının, o cümlədən, birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir:

Heydər Əliyev Fondu tərəfindən nə qədər yaşıllıqlar salınıb, hamımızın gözü qarşısındadır. Əvvəllər rayonlara gedəndə yol kənarlarında yaşllıqlara rast gəlmək olmurdu, xüsusilə, yeni yaşıllıqlara. Amma indi rayonlarda gedəndə görürsən ki, əməlli-başlı yaşıllıqlar salınıb.

Bunlar adamı fərəhləndirir. Amma təbii ki, yaşıllıqların məhv edilməsi hallarına rast gəlinir ki, bu da hamımızı üzür, narahat edir. Bununla da bağlı dövlət tərəfindən addımlar atılır, bu işi edənlər cəzalandırılır, cərimələnir. Qanunlara edilən dəyişikliklər məhz bundan irəli gəlir”. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Ən çox oxunanalar