Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Google”un pulları ABŞ-ın Demokrat partiyasına axırmış  

Şirkət əməkdaşlarının bağışladığı ianələrin 90%-i Demokrat partiyasının seçki qərargahlarına gedir

ABŞ prezidenti Donald Tramp həmişə “Google” şirkətinin ona qarşı qərəzli davranmaqda suçlayıb.

İndi yeni araşdırma onun əlinə yeni əsas vermiş olacaq.

Belə ki, "GovPredict" təşkilatının araşdırmlarına görə, “Google” şirkətinin də daxil olduğu “Alphabet” holdinqinin əməkdaşlarının əksəriyyətinin hər il Demokrat partiyasının seçki qərargahlarına milyonlarla pul verdiyi ortaya çxııb.

“GovPredict Inc.” ekspertləri bunun üçün “Alphabet” və onu törəmə müəssisələrinin (Google, Youtube, Nest, Google Ventures, Calico, Asense, Verily və s.) əməkdaşlarının təkcə 2018-cı ildə 2,1 milyon dolları Demokrat partiyasına verdiklərini aşkarlayıb. Eyni şirkətin respublikaçılara cəmi 278,4 min dollarlıq yarıdm göstərdiyi bilinir.

Araşdırma prosesində təşkilat ABŞ Federal Seçki Komissiyasının, həmçinin Demokrat partiyasının qərargahlarının verdikləri rəsmi məlumatlardan istifadə edilblər.

Məlum olub ki, 2004-cü ildən bu yana “Alphabet” Demokrat partiyasının 1,1 min sayda müxtəlif səviyyədə (ştat, qraflıq) qərargahlarına pul göndərib.

“Google”un ən çox pul yatırdığı il 2016-cı ildə qeydə alınıb. Həmin il korporasiya təkcə Hillari Klintonun hesabına 5,87 milyon dollar maliyyə vəsaiti ayırıb. Yeri gəlmişkən Trampın qərargahı “Alphabet”dən sadəcə 403 min dollar qopara bilib.

Xatırladaq ki, Donald Tramp bu günlərdə Google saytında onun haqqında axtarış verilən zaman xəbərlərin 96%-nin neqativ yöndə çıxdığı barədə yazmışdı. Bundan sonra prezident “Facebook” və “Twitter”i də özünün “qara siyahısı”na əlavə edib.(musavat.com)

pia.az


Etiket: “Google”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar