Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə BVF-dən kömək istəməyəcək

Türkiyə Vaşinqtonun iqtisadi hücumundan sonra üzləşdiyi maliyyə böhranını aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondundan kömək istəməyəcək

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Bərat Albayraq Amerikanın nüfuzlu “Foreign Policy” jurnalında dərc etdiyi “ABŞ-ın qlobalın iqtisadiyyatı idarə etməsinə güvənilə bilməz” başlıqlı məqaləsində bildirib.

Albayraq vurğulayıb ki, dünya özünü qlobal iqtisadi sistemdəki ən böyük oyunçu olan Vaşinqtondan qorumalıdır. ABŞ prezidenti Donald Tramp administrasiyasının NATO üzvü olan bir ölkəyə sanksiyalar və ticarət tariflərilə hücum etməsini pisləyən Albayraq bunu Türkiyə və ABŞ arasındakı müttəfiqlik tarixinin ən məyusedici anlarından biri adlandırıb. Lakin nazir vurğulayıb ki, heç bir maliyyə böhranı və ya iqtisadi hücum Türkiyənin siyasətini və azad bazar prinsiplərinə sadiqliyini zəiflədə bilməyəcək. Türkiyə üzləşdiyi valyuta problemini həll etmək üçün kömək istəməyəcək.

“Türkiyənin gündəmində Beynəlxalq Valyuta Fonduna müraciət etmək məsələsi yoxdur. Türkiyə indiyədək olduğu kimi valyuta ehtiyatlarını beynəlxalq maliyyə bazarları vasitəsilə təmin etməyə davam edəcək.

ABŞ-ın hücumu Türkiyə iqtisadiyyatını struktur islahatları, yeni ticarət razılaşmaları və xarici investisiyalarla gücləndirdi. Hədəfimiz Türkiyənin qlobal iqtisadiyyat üçün bir innovasiya, tədqiqat və təkmilləşdirmə mərkəzinə çevrilməsidir.” – deyə, Albayraq bildirib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Nazir onu da əlavə edib ki, Türkiyə ABŞ-ın siyasi səbəblərdən sanksiyalar tətbiq etdiyi yeganə ölkə deyil. Avropa İttifaqı, Rusiya və Çin kimi tərəfdaşlarını da birtərəfli tariflərlə hədəf alan Vaşinqton əksinə, onlar arasında əməkdaşlığın güclənməsinə, beynəlxalq ticarətin qorunması üçün dünya dövlətləri arasında daha güclü ittifaqların qurulmasına səbəb olub. Bu isə son nəticədə ABŞ-ın özünə qarşı çevriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Füzuli, Ağdam və Cəbrayılın 29 kəndində və Horadizdə yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Ən çox oxunanalar