Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış aparıcıda qan xərçəngi aşkarlandı - Vəziyyəti kritikdir

Ölkəmizin tanınmış jurnalistlərindən olan Nigar İsmayılqızıda Leykoz (qan xərçəngi) xəstəliyinin ağır forması aşkarlanıb

Bununla bağlı AZXEBER.COM-a danışan Nigarın bacısı Aytən İsmayılova bildirib ki, hər şey anidən olub:

"Bir müddət idi ki, Nigarda halsızlıq müşahidə olunurdu. Hər gün bu halsızlıq artırdı və biz onu müayinə etdirdik. Müayinə zamanı məlum oldu ki, Nigarda leykositlər inanılmaz dərəcədə çoxalıb. Yəni normal insanda olandan təxminən 100 dəfə çox. Bundan sonra ona təcili qan köçürməyə başladıq. Baxmayaraq ki, qan köçürürük, Nigarın vəziyyəti günü-gündən pisləşir”.

Bu gün Nigarı Türkiyəyə gətirdiklərini deyən bacısı hazırda onu "Hacettepe" xəstəxanasına yerləşdiklərini deyir:

"Bütün ailə, qohumları, dostları yığışıb 30 min AZN düzəltmişik. Amma bizə dedilər ki, bu məbləğlə Nigarı xilas etmək mümkün olmayacaq. Ona yəqin ki, ilik nəql olunacaq. Bu isə yalnız Avropa dövlətlərində mümkündür. Nə bizim, nə qohum və dostlarımızın bu məbləği düzəltməsi mümkün deyil”.

"Nigar ATV-nin aparıcı simalarından olub” deyən Aytən İsmayılova portalımız vasitəsilə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət ünvanladı:

"Nigar Heydər Əliyev Fondunda ATV-nin nümayəndəsi olub. Fondun tədbirlərini işıqlandırıb, onlarla publisistik məqalə və kitabları nəşr olunub. O istəmirdi ki, biz bu məsələni ictimailəşdirək. Çünki əxlaqlı adamdır. Deyir, qismətim bura qədər imişsə, heç kimə nəsə deməyin, mən belə şeylərdən utanıram. İndiyə qədər nə etmişəmsə, təmənnasız etmişəm. Amma biz və dostları ondan xəbərsiz bu qərarı verdik ki, Nigarın yaşaması üçün mümkün hər şeyi edək”.

Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var. Uzun müddətdir mətbuatdadır. "Space” və AZTV-nin Xəbərlər Departamentində çalışıb. ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin "GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb. Onlarla publisistik məqaləsi müxtəlif mətbu orqanlarda dərc edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. 2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində "Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çapdan çıxıb. Həmçinin "Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib. Ardınca "Nazimin Bakı izləri”, "Ölsəm yaşat” adlı sənədli filmləri təqdim olunub. 2016-ci ilin dekabrında 36-ı xüsusi müsahibədən ibarət "Bakıdan İstanbulacan və dönüş” adlı kitabı işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan "Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub. Müxtəlif dövlət və özəl qurumlarla, o cümlədən Heydər Əliyev Fondu ilə əməkdaşlıq edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü keçirilib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Mehriban Əliyeva “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı ilə bağlı paylaşım edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay