Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Quba yolunda raket tapıldı

Xızı rayonunda, Bakı-Quba yolunun tikinti aparılan hissəsində 1 ədəd 107 mm-lik raket (TR-107) aşkar olunub

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu gün saat 11:43-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Bakı-Quba yolunun tikinti aparılan hissəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 107 mm-lik raket (TR-107) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin tapıldığı yerin ətrafında 1 200 kv.m əraziyə yerüstü və 400 kv.m yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar