Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdən saxta mesajlarla bağlı vətəndaşlara xəbərdarlıq

Belə hallardan necə qurtulmaq mümkündür?

Son zamanlar “Azərpoçt” MMC-nin köhnə loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.

Problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC və Elektron Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mesajların mövzusu təxminən belədir: “Təbriklər! Siz “İphone X” və ya “Hədiyyə Kartı” udmaq şansını qazanmaq üçün tərəfimizdən seçilmiş 10 istifadəçidən birisiniz!”.

“Mesajda deyilənləri icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur və daha sonra guya udulan hədiyyənin vergi hissəsini ödədikdən sonra hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda deyilənlərə aldanan vətəndaşların bank kartlarına daxil olub, hesablarındakı bütün vəsait mənimsənilir. Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki, internetdən istifadə zamanı, veb-brauzeriniz sizi www.yetill.com saytına yönəldirsə, bu, o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub. Bu halda telefonunuza www.yetill.com saytından arzuolunmaz “pop-up” reklamlar gəlir, eyni zamanda, zərərli proqramlar yüklənir.

Bundan başqa, siz www.yetill.com saytına yönləndirildiyiniz zaman reklam banerində “Əgər 18+ yaşınız varsa kliklə” mesajı ilə bu saytdakı bildirişlərə abunə olmağınız istənilir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Əgər “İcazə ver” düyməsini “klik”ləsəniz, brauzerinizin bağlı olmasına baxmayaraq, saxta “pop-up” reklamları mobil qurğunuzun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq. www.yetill.com istifadəçinin internet brauzerindən IP ünvanı, veb-brauzerinin versiyası, istifadəçinin ölkəsi və s. kimi müxtəlif məlumatları oxuyur. Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır.

Problemin həll olunması üçün: “Windows” İdarəetmə panelindən istifadə edərək, son yüklənilən zərərli (xəbəriniz olmadan) proqramları kompüterinizdən təmizləyin; “Chrome” və ya digər brauzerlərin tənzimləmələr bölməsindən www.yetill.com-dan olan uzantıları (extension) silin. Əgər brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmirsinizsə, bu halda bütün uzantıları silməyiniz tövsiyə olunur. Mobil telefonunuzu və ya kompüterinizi etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın (scan edin) və viruslardan təmizləyin”, – deyə məlumatda qeyd edilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar