Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Əli Kərimlini niyə bitirdi – sensasion iddialar və bilgilər  

Angela Merkelin Bakıdakı təmaslarında AXCP sədrinin adamlarından heç kimlə görüşməməsi boşuna deyilmiş

İranRusiya ilə gizli əlaqələr Avropa təsisatlarında Kərimliylə bağlı birmənalı rəy formalaşdırıb.

Almaniya kansleri Angela Merkelin Güney Qafqaz turnesi başa çatdı. Merkel artıq öz ölkəsinə geri dönüb. Fəqət müzakirələr davam edir. Xanım Merkelin gəlişi Azərbaycan siyasətində burulğan yaradıb. Necə deyərlər, gəldi bir tufan, getdi bir boran.

Onun ən çox müzakirə olunan görüşü bir neçə azərbaycanlı QHT rəhbəri ilə təmasıdı. Müxalifət düşərgəsində yeni qarşılıqlı ittihamların əsası qoyulub bu görüşdən sonra. Əli Kərimlinin hay-küyçü dəstəsi facebookda elə bir tozanaq qoparıb ki, az qalsın Merkelin açıq rəngli pencəyi çirklənsin. Görüşdə Kərimli cinahından kimsənin iştirak etməməsi AXCP düşərgəsində böyük qəzəb və ruh düşkünlüyü yaradıb. Görünür, Əli Kərimlinin özü və tərəfdarları Qərb dairələrinin gözündən düşməsinin fərqindədirlər. Ona görə də cığallıq və etiraz edirlər. “O qədər də ölmədik” demək istəyirlər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Məsələni Əli Kərimli üçün arzuolunmaz edən amillərdən biri də Merkellə görüşdə İsa Qəmbərin oğlunun iştirak etməsidir. Ə. Kərimli yəqin ehtiyat edir ki, ictimai rəy birdən “Almaniya “çerez” Turqut İsa Qəmbərlə işləyir” qənaətinə gələr. Bu adam siyasi və bioloji ömrünü bu cür mənasız qənaətlərlə, proqnozlarla başa vuracaq belə getsə. Çox həyəcanlanır, çox şübhələnir, çox narahat olur. Anlamır ki, Merkel hətta onun özü ilə görüşsə də bu, nəyisə dəyişdirməyəcək...

Yalnız burada bəzi qənaətlərimizi və məlumatlarımızı oxucu ilə bölüşmək istərdik. Məsələ burasındadır ki, Əli Kərimlinin narahatlığı boşuna deyil. Bəzi iddialara və bilgilərə görə Qərb AXCP sədri ilə bütün münasibətləri dondurub. Onun İrana bağlı radikal qruplaşmaları başına yığması Avropanın ölkəmizlə maraqlanan bəzi dairələrində narahatlıqla izlənir. Bunun üstündən də Moskvadan Ə. Kərimliyə hər ay stabil şəkildə pul gəlməsi deyilənə görə son damla olub. Məlumatlı mənbələrin dediyinə görə, Ə. Kərimlinin İrandan, Rusiyadan pul alması, dəstək görməsi Avropada qıcıq doğurub.

Dahası da var. Məlumatlara görə, Ə. Kərimli Qərb ölkələrinin Bakıdakı səfirliklərini bezdirib. Bildirilir ki, hər təmasda, hər görüşdə o, əsasən iki məsələni qabardır: 1. Xarici pasport məsələsi. 2. Qaynının həbsdən buraxılması. Ə. Kərimlinin şəxsi məsələləri ilə Avropa siyasətçilərini, diplomatlarını əməllicə bezdirib, usandırıb. Deyilənə görə, bu iki məsələni o qədər deyib ki, artıq səfirlik əməkdaşları öz aralarında onun bu deyingənliyini, israrını zarafat predmetinə çevirib, gülürlər. Özünü Azərbaycanın xilaskarı kimi görən, təqdim edən, alternativsiz müxalifət lideri rolunu oynadığını iddia edən bu adam belə bir gülünc duruma düşüb.

AXCP sədrinin kinli biri olması, intriqaya aşırı bağlılığı, avtoritar xüsusiyyəti, ən əsas da pula hərisliyi onu yaxından-uzaqdan tanıyan hər kəsə bəllidi. Onun bu xüsusiyyətləri heç şübhəsiz ki, Avropa siyasətçilərinə də bəlli olmağa başlayıb. Bu cür intriqaçı, pulgir, reket üsulu ilə xərac yığan, özünü bəyənmiş biri ilə qərbli siyasətçilərin, diplomatların müttəfiqliyi alınmaz. Üstəlik, yuxarıda qeyd etdiyimiz kimi, onun İranRusiya ilə əlaqələrinin olması da ciddi problemlər yaradıb. Hər kəsə aydındır ki, siyasətdə özünü Qərbçi kimi təqdim edib, İranRusiya ilə münasibətlər qurmaq, daha doğrusu bu iki ölkədən gizli yollarla pul almaq heç bir siyasətçiyə uğur gətirməz. Ə. Kərimli tamahının və hiyləgərliyinin güdazına gedib. Qərb bu adamla əlaqələri kəsmək üzrədi.

Boşalan yeri isə doldurmaq lazımdı. Alternativ həmişə var, yaxud tapılır. Azərbaycanda xarici ölkələrin əmrində çalışmaq üçün növbəyə duran xeyli qruplar var. Uzun illərdi AvropaABŞ təşkilatları ilə demokratiya maskası altında əməkdaşlıq edən siyasətçilərin, QHT sədrlərinin, jurnalistlərin olduğu kimsəyə sirr deyil. Bu gün onlarla iş davam edir. Ə.Kərimlini narahat edən əsas amillərdən biri də budur. Hazırda Ə.Kərimli cinahı hər nə qədər toqquşmaq istəməsə də Xədicə İsmayılı özünün bir nömrəli rəqibi görür. Ə. Kərimli X. İsmayılın Qərbdəki əlaqələrinin miqyasını bildiyindən, onunla açıq savaşdan həmişə çəkinib.

Amma Əli Kərimli üçün ən pis aqibət Xədicə İsmayılın İlqar Məmmədovla ittifaq qurması, eyni blokda yer alması olardı. AXCP sədrinin siyasi çıxdaşlığı bu ittifaqdan asılıdı olacaq.(“Yeni Müsavat”)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar