Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurbanlıq heyvanların qiyməti neçəyədir? - Video

Bu günlərdə müsəlman dünyası müqəddəs Qurban bayramını qeyd edir. İnanclı insanlar qurban kəsib dualar oxuyur, bayram namazı qılırlar

Azərbaycanda, o cümlədən paytaxt Bakıda da bu gündən etibarən bayram ab-havası yaşanır. Qurbanlıq qoyunlara tələbatın artmasını nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi paytaxtın bütün qəsəbələrində bir neçə nöqtədə yarmarkalar təşkil edib.

Qurbanlıq heyvanların satış yarmarkasındakı vəziyyəti işıqlandırmaq üçün musavat.com-un müxbiri Nizami rayonunda Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində yerləşən yarmarkaya baş çəkib. Nazirliyin təşkil etdiyi yarmarkada artıq canlanma hiss olunmaqdadır. Əhali qurbanlıq heyvanların satıldığı əraziyə baş çəkərək qiymətlərlə maraqlanır, sabah kəsəcəkləri heyvanları indidən seçməyə, almağa çalışırlar.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?


Satıclar etiraf etdilər ki, ötən illə müqayisədə bu il qurbanlıq heyvanların qiyməti 15-20 manat bahadır. Ətin kiloqramında 1-2 manat bahalaşma var.Təşkil olunan yarmarkada alıcılar və satıcılarla həmsöhbət olduq. Öyrəndik ki, qurbanlıq qoyunlar 150 manatdan başlayan qiymətlərlə təklif edilir. Heyvanını satış yarmarkalarına çıxaran satıcılar bayrama bir gün qalsa da, alıclıqdan razı qaldıqlarını bildirdilər.

Alıcılar isə bir qədər xırda heyvan tapmaqda çətinlik çəkdiklərini bildirdilər. Onların sözlərinə görə, yarmarkada 10-12 kiloqramlıq qurbanlıq qoyun tapmaq müşkülə çevrilib. İri heyvan almağa isə imkanları çatmır. Yarmarkada 12-14 kiloqramlıq qurbanlıq heyvan 150-160 manata təklif edilir. 16-17 kiloqramlıq qurbanlıq qoç isə 180-200 manatdır. Alıcılar bayram günü qurbanlıq heyvanların bir qədər ucuzlaşacağına ümid edirlər.

Yarmarkada ət kəsimi yerləri də fəaliyyət göstərir ki, burada heyvanın kiloqramını 12 manat 50 qəpikdən satırlar. Qurbanlıq heyvanı diri almaq istədikdə isə kiloqramı 11 manatdan hesablanır.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Ən çox oxunanalar