Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Son dövrlərdə Azərbaycanda müşahidə olunan toz dumanı lokal xarakter daşıyır"

"Son dövrlərdə Azərbaycan ərazisində müşahidə olunan toz dumanı, əsasən, antropogen səbəblərdən yaranır, yəni lokal xarakter daşıyır"

Bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, toz dumanı hadisələri əsasən tikinti işləri və daş karxanalarının fəaliyyəti zamanı ekoloji cəhətdən tikinti qaydalarının pozulması nəticəsində baş verir: "Problemin aradan qaldırılması üçün ETSN reydləri davam etdirir. Ətraf mühitə atılan və axıdılan tullantılar yol verilən normadan artıq olduqda vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq 2500-4000, hüquqi şəxslər isə 10,500-12,500 manat cərimə olunacaq".

U.Tağıyeva bildirib ki, tozlu hava şəraiti Azərbaycanda daha çox Abşeron yarımadasında qeyd olunur: "Toz dumanları müşahidə olunanda eyni zamanda atmosferə atılan zərərli maddələrin toplanması üçün əlverişli meteoroloji şərait yaranır. Buna görə də həmin vaxtlar toz-dumanı ilə yanaşı, digər zərərli maddələrin də havada artması insan orqanizminə əlavə risklər yaradır, əsasən də, tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən insanlara mənfi təsir göstərir".

pia.az


Etiket: Hava toz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP-29-da iştirak edəcəyik"

Tofiq Sadıxov: "Atanın uşaqla vaxt keçirməsi təkcə ananın istirahəti üçün deyil"

Ən çox oxunanalar