Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəzər dənizini çirkləndirənlərə qarşı ən sərt sanksiyalar tətbiq olunacaq”

"Cəmiyyəti narahat edən Xəzər dənizinin ekoloji vəziyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün həlli vacib olan məsələdir. Ona görə də nazirlik təşkilatlara, sahibkarlara, hüquqi və fiziki şəxslərə xəbərdarlıq edir ki, ən qısa müddət ərzində öz fəaliyyətlərini ətraf mühitin mühafizəsi sahəsində tətbiq olunan qanunvericiliyə uyğun şəkildə təşkil etsinlər".

Bunu "Report"a açıqlamasında nazirliyin ­Ekol­oji maarifləndirmə və­ ictimaiyyətlə əlaqəl­ər şöbəsinin icti­mai­ təşkilatlarla iş, ek­oloji maarifləndirmə ­və elm sektorunun müd­iri Umayra Tağıyeva deyib.

O bildirib ki, əks halda, "İstehsalat və məişət tullantıları" haqqında qanunun tələblərini pozan, çirkab suları və məişət tullantılarını təmizlənmədən birbaşa Xəzər dənizinə axıdan hər bir cavabdeh şəxs məsuliyyətə cəlb olunacaq, qanunamüvafiq qaydada onlara qarşı ən sərt sanksiyalar tətbiq olunacaq".

U.Tağıyeva əlavə edib ki, Xəzər dənizinin sahil zolağından çirkab suların axıdılaraq su obyektlərinin mühafizəsi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə artıq ETSN və Daxili İşlər Nazirliyi tərəfindən təsdiq olunmuş 2018-2020-ci illəri əhatə edən birgə tədbirlər planına əsasən reydlərə başlanılıb: "Xaçmaz rayonunun sahilyanı ərazilərindən başlanılan reydlər Xəzər sahili boyu yerləşən digər ərazillərdə də davam edəcək. Keçirilən reydlərin nəticələri barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq. Xəzərin çirkləndirilməsinin qarşısının alınması istiqamətində Nazirlik mövcud qanunlar çərçivəsində ən sərt və barışmaz mövqe nümayiş etdirəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP-29-da iştirak edəcəyik"

Tofiq Sadıxov: "Atanın uşaqla vaxt keçirməsi təkcə ananın istirahəti üçün deyil"

Ən çox oxunanalar