Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyan Paşinyanın səlahiyyətli nümayəndəsi olacaq? - Qarabağ məsələsində


“Paşinyan “mən hamının baş naziri olacam” şüarı ilə narazı kütlənin də etimadını qazanmağa çalışır”


“Əgər Qarabağ klanı hakimiyyətdən uzaqlaşdırılırsa, həmin klanın rəhbərinin Qarabağ kimi taleyüklü problemin nizamlanmasını  prosesində səlahiyyətli şəxs kimi təyin olunması ağlabatan hesab oluna bilməz”.

Bu sözləri politoloq Ceyhun Əhmədli Serj Sarkisyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara cəlb oluna biləcəyi ilə bağlı məsələyə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Ermənistan İctimai Televiziyasına açıqlama verən Ermənistan baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan keçmiş prezident Serj Sarkisyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara cəlb oluna biləcəyini istisna etməyib. “Gün gələcək və ola bilsin Serj Sarkisyan Qarabağ məsələsi üzrə xüsusi səlahiyyətli nümayəndə olacaq? Kim bilir? Mən onu deyərəm ki, Sarkisyanın dövlət maraqları ilə bağlı olan hansısa məsələlərdə iştirakı istisna deyil. Əgər birdən ictimai konsensus yaransa və görsək ki, bu adam hansısa məsələdə gərəklidir”-Paşinyanın müşaviri bildirib. 

Sarkisyanın yenidən Qarabağ münaqişəsinin həllində söz sahibi kimi çıxış etməsi hansı anlama gəlir? Bununla Paşinyan Qarabağ məsələsində məsuliyyətdən qaçmağa cəhd edir, yoxsa Ermənistan danışıqların dalana dirənməsini təmin etmək istəyir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Ceyhun Əhmədlinin fikirlərini öyrənib.

Image result for ceyhun əhmədli
Ceyhun Əhmədli: “Paşinyanın Qarabağ məsələsində passivliyi müşahidə olunmaqdadır”.


Paşinyanın verdiyi vədlərə əməl etmədiyi fonda artıq Ermənistan ictimaiyyətində əvvəlki populyarığa sahib olmadığını vurğulayan politoloq Ceyhun Əhmədliyə görə, Paşinyanın Qarabağ məsələsində mövcud mövqeyi sırf səssizlikdən ibarətdir:

“Ümumiyyətlə, Ermənistan siyasətində eks-prezidentlərin təcrübəsindən faydalanmaq ənənəsi tarixən mövcud olub. Xatırlayırsınızsa, son illər cəbhə xəttində vəziyyətin tez-tez gərginləşməsi fonunda Koçaryanla Sarkisyan arasında bir neçə dəfə məsləhətləşmələr olub. Amma burada bir uyğunluq var ki, adını çəkdiyim şəxslər Qarabağ klanını təmsil edir və xarici siyasətdə, xüsusən də Qarabağ məsələsinin nizamlanması prosesində tamamilə eyni baxışlara sahibdirlər. Hazırkı situasiya isə bir qədər fərqlidir. 

Düzünü desəm, Ermənistan baş nazirinin müşaviri Arsen Xaratyan Sarkisyanın Qarabağ danışıqlarında iştirak etmək ehtimalını bir ay əvvəl dilə gətirmiş olsaydı, mənə inandırıcı gəlməzdi. Çünki Ermənistan hazırda sistem dəyişikliyinin eşiyində olan bir dövlətdir. Əgər Qarabağ klanı hakimiyyətdən uzaqlaşdırılırsa, həmin klanın rəhbərinin Qarabağ kimi taleyüklü problemin nizamlanmasını  prosesində səlahiyyətli şəxs kimi təyin olunması ağlabatan hesab oluna bilməz. Onu da nəzərə alaq ki, Paşinyan hələ baş nazir seçilməzdən əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Sarkisyanın siyasətini qətiyyən qəbul etmədiyini və bu məsələ ilə bağlı özünün xüsusi bir formul irəli sürəcəyini bəyan etmişdi. 

Sarkisyanla bağlı yayılan məlum xəbərdə müəyyən doğruluq payı da ola bilər. Birincisi, ona görə ki, Paşinyanın Qarabağ məsələsində passivliyi müşahidə olunmaqdadır. Düzdür, baş nazir seçilən kimi  işğal altındakı Dağlıq Qarabağa səfər edərək məsələnin diqqətdə saxlanılacağı mesajını verməyə çalışdı. Amma Paşinyandan əməli addımlar görə bilmirik. Uzun müddətdir ki, Qarabağ problemi yüksək səviyyədə masaya yatırılmır. Paşinyan hələ də Azərbaycan rəhbərliyi ilə görüşə razılıq verməyib. 


Ceyhun Əhmədli: “Paşinyanın söz verdiyi bəzi layihələrin həyata keçirilməsində ləngiməsi onun kütlə daxilində populyarlığını bir qədər azaldıb”.


Erməni xalqının sülh çağırışlarını nəzərə alsaq, Paşinyanın bu tutumunun daxildə müəyyən narazılıq yaratdığını təxmin edə bilərik. Görünür, Paşinyan tərəddüd içərisindədir. Bunun səbəblərindən biri təcrübəsizlik olsa da, ikinci və əsas səbəb məsuliyyətdən boyun qaçırma, yaxud da fiasko qorxusu  ola bilər. Paşinyan erməni xalqının psixologiyasına bələddir. O, əmindir ki, Qarabağ danışıqlarında yol verəcəyi hər hansı yalnışlıq onun hakimiyyətini xeyli dərəcədə laxlada bilər. Hətta mən hesab edirəm ki, Paşinyanın beyninin bir küncündə Sarkisyan klanının nə vaxtsa çevriliş edə biləcəyinə dair ehtimallar mövcuddur. Üstəlik, Paşinyanın söz verdiyi bəzi layihələrin həyata keçirilməsində ləngiməsi onun kütlə daxilində populyarlığını bir qədər azaldıb. 

Sarkisyanın baş nazirin Qarabağ danışıqlarında səlahiyyətli nümayəndəsi olması ehtimalının indi gündəmə gəlməsi aldadıcı da ola bilər. Çünki qarşıdan parlament seçkiləri gəlir. Parlamentdə hələ də Respublikaçıların böyük üstünlüyü var. Söz yox ki, Ermənistan daxilində az da olsa Sarkisyanın siyasətini dəstəkləyən qüvvələr mövcuddur. Bu baxımdan Paşinyan hakimiyyətinin ortaya atdığı bu iddia manipulyasiya xarakterli olmaqla, Respublikaçılar Partiyasını dəstəkləyən həmin kəsimdən səs qoparmaq məqsədi daşıya bilər. Bir növ  Paşinyan “mən hamının baş naziri olacam” şüarı ilə narazı kütlənin də etimadını qazanmağa çalışır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar