Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur rusiyalı milyarderi İngiltərəyə buraxmırlar


Abramoviçin viza müddəti bitib, yenisini ala bilmir


Böyük Britaniyanın rusiyalı milyarder Roman Abromoviçin vizasını uzatmadığı bildirilir.

Bu barədə “The Bell” portalı biznesmenin ətrafına istinadla xəbər verir.

Mənbənin məlumatına görə, Abromoviçin vizasının müddəti 3 həftə əvvəl bitib. Ona viza verilməməsi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Amma “The Bell” yazır ki, Abromoviçin təyyarəsi sonuncu dəfə Londonda ötən ayın əvvəllərində olub.

Vizası uzadılmadığından, milyarder mayın 19-da İngiltərə Kubokunun finalına gələ bilməyib. Finalda Avramoviçin “Çelsi” klubu “Mançester Yunayted” komandasına qalib gəlib.

Qeyd edək ki, rusiyalı keçmiş kəşfiyyatçı Sergei Skripal və qızı Yulianın martın 4-də İngiltərənin Solsberi şəhərində zəhərlənməsindən sonra Britaniya ilə Rusiya arasındakı münasibətlər kəskin pisləşib. London onların zəhərlənməsinə görə Moskvanı günahlandırır. Moskva isə ittihamı rədd edir.

Britaniya və bir sıra Qərb ölkələri insidentə görə Rusiyanın 150-dən çox diplomatını qovub.

Moskva da həmin ölkələrə qarşı eyni addım atıb. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar