Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toponimiya Komissiyasının katibi adları dəyişəcək 27 kənddən danışdı


Milli Məclis yanında Toponimiya Komissiyasının dekabrın 4-də növbəti toplantı keçirib


İclasda Azərbaycanın 1 şəhərində, 14 rayonunda 27 yaşayış yerinin adının dəyişirilməsi ilə bağlı məsələyə baxılıb.

Toponimiya Komissiyasının katibi, Milli Məclisin Aparatı rəhbəri xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun müdiri İdrak Qarayev iclas barədə Modern.az-a açıqlama verib.
 
Bildirib ki, bugünkü müzakirədə Milli Məclis yanında Toponimiya Komissiyasına Yevlax şəhərinin və Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, SamuxŞəmkir rayonlarının inzibati ərazisində yerləşən bəzi kənd və qəsəbələrin adlarının dəyişdirilməsi barədə daxil olmuş müraciətə baxılıb.

“Nəzərinizə çatdırım ki, dəyişdirilməsi təklif olunan adlarla bağlı yerli əhali tərəfindən müvafiq iclaslar keçirilmiş və qəbul edilmiş qərarlar Toponimiya Komissiyasına göndərilmişdi.

Qeyd edim ki, daxil olmuş müraciətlərin əksəriyyətində bildirilir ki, Azərbaycan Sovetlər birliyinin tərkibində olduğu dövrlərdə bir çox yaşayış məntəqələrinin tarixi adları dəyişdirilərək rus çarları olmuş, II Nikolay və Mixail Romanovların, rus  knyazları Aleksandrın, Vladimirin, o cümlədən bolşevik və inqilabçılar Kalinin, Xanlar Səfərəliyev, Məşədi Əzizbəyov, Əli Bayramov, Qasım İsmayılov və bir çoxlarının adları ilə adlandırılmışdır. Hazırda 10 yaşayış məntəqəsinin tarixi adı qeyd etdiyim şəxslərin, təxminən 6-7 yaşayış məntəqəsinin tarixi adı isə Şura hökümətinin, Paris Kommunasının və sovet ideologiyasının digər rəmzlərinin adları ilə adlanır.

Digər müraciətlərdə isə bildirilir ki, Azərbaycan Sovetlər birliyinin tərkibində olduğu dövrlərdə rus dili daha çox ünsiyyət vasitəsi olduğundan insanlar əksər hallarda rus dilində danışmış və kargüzarlıqda həmin dildən istifadə etmişlər. Bu səbəbdən də hazırda 7-8 yaşayış məntəqəsinin adı hüquqi sənədlərdə rus formasında yazılmışdır.

Ümumilikdə iclasda 27 yaşayış məntəqəsinin adının dəyişdirilməsinə dair təkliflər müzakirə olundu və Sovetlər Birliyi dövründə adları dəyişdirilmiş, o cümlədən rus dilində təhrif olunmuş bir çox kənd və qəsəbələrin tarixi adlarının bərpa edilməsi və Azərbaycan dilinə uyğunlaşdırılması məqsədəmüvafiq hesab edildi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar