Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur, vəzifəli ailələrin gəlini, kürəkəni olan sənət adamlarımız

Müğənni Elçin Cəfərovun keçmiş deputat, xalq şairi Sabir Rüstəmxanlının qızı ilə nişanlanması xəbəri istər mətbuatda, istərsə də sosial şəbəkələrdə böyük maraqla qarşılandı


Təsadüfi deyil ki, dünən yayılan bu xəbər günün ən çox oxunan xəbərləri sırasındaydı. Ancaq nəzərə almaq lazımdır ki, müğənninin, sənət adamının tanınmış ailənin qızı ilə ailə qurması, yaxud məşhur ailənin oğluna ərə getməsi halları yetərincə çoxdur.

Mövzuyla bağlı qısa araşdırmamızı təqdim edirik:



Müğənni Emil Bədəlov xalq artisti, məşhur tarzən Firuz Əliyevin qızı Xanımla beş ildir ailəlidir. Cütlüyün bu izdivacdan Səadət adlı bir qız övladı dünyaya gəlib.


Azərbaycanın "Eurovision-2010" mahnı müsabiqəsindəki təmsilçisi Safura Əlizadə də məşhur ailənin gəlinidir. Belə ki, gənc sənətçi 2013-cü ildən sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Qeyd edək ki, bu, F.Əliyevin ikinci evliliyidir.



"Eurovision-2009" mahnı müsabiqəsindəki təmsilçilərindən biri Aysel Teymurzadə 2012-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailəlidir. Teymurzadə məhz bu evlilikdən sonra müğənnilik karyerasına son qoyub. Xatırladaq ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub, övladı da var.

Image result for bəyimxanım vəliyeva

2005-ci ildə keçirilən muğam müsabiqəsinin beşincisi, əməkdar artist Bəyimxanım Vəliyeva (Mirzəyeva) da məşhur ailənin gəlinidir. Belə ki, o, tanınmış şairə Sona Vəliyevanın qardaşı oğlu ilə bir neçə ildir ailə qurub. Xatırladaq ki, Sona Vəliyeva prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun həyat yoldaşıdır. Sənətçi bu evlilikdən sonra toylara getmir. Bu barədə özünün müsahibələrində də qeyd edib.

Əməkdar artist Yusif Mustafayev də tanınmış ailə ilə qohumdur. O, tanınmış müğənni Elçin Hüseynovun bacısı ilə ailə qurub.

Tarzən Həmid Vəkilov şair Ələkbər Ziyatayın kürəkənidir.



Kamança ifaçısı, əməkdar artist Toğrul Əsədullayev xalq artisti, musiqişünas Ramiz Zöhrabovun kürəkənidir. Qeyd edək ki, Toğrul xalq artisti Mirnazim Əsədullayevin oğludur.

Müğənni Səftər Şahbəyli xanəndə Səfər Məmmədovun kürəkənidir.(ölkə.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

"Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq

Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq

BMT-də İbrahim Rəisinin xatirəsinə həsr olunmuş iclas keçirilib

Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib

Mikayıl Cabbarov: "Dövlət borcunun səviyyəsi çox aşağıdır"

Təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatlar təqdim edilib

Ən çox oxunanalar