ABŞ Prezidenti Co Bayden ona sual ünvanlayan jurnalistə qarşı kobudluq edib...
Jurnalist Baydendən yenidən seçiləcəyi təqdirdə daha dörd il prezident vəzifəsini icra edib-etməyəcəyi və ya səlahiyyətlərini vitse-prezident Kamala Harrisə ötürəcəyini soruşub.
"Səninlə hər şey qaydasındadır? Başını harasa vurmusan yoxsa?", - deyə Bayden sualı aqressiya ilə cavablayıb və jurnalistə qarşı kobud əl hərəkəti göstərib.
Qeyd edək ki, bu, Baydenin jurnalistlərə qarşı ilk kobudluğu deyil.
Poliqon.info