Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hazırkı müxalifətin Paşinyanı devirmək üçün resursları yetərlidir?

Ermənistanda Baqrat Qalstanyanın liderlik etdiyi müxalifət seçkiyolu ilə deyil, dövlət çevrilişi yoluyla hakimiyyətə gəlməyi planlayırlar...

Politoloq: “Erməni keşiş ona verilən göstərişə uyğun danışıb. Keşiş hara seçkidən danışmaq hara”.

“Din adamını hakimiyyətə gətirmək fikrinə düşənlər ya onu keçici fiqur kimi irəli verərək qurban etməyi planlayırlar və sonra onun arxasında revanşistləri yerləşdirmək istəyirlər ya da onların bundan başqa əllərində liderlik edəcək başqa fiqurları olmayıb”.

Bu sözləri politoloq Azər Qasımov Erməni keşiş Baqrat Qalstanyanın hökümət barədə dediklərini Poliqon-a şərh edərkən qeyd edib.

Erməni keşiş Baqrat Qalstanyan jurnalistlərdən birinin “hökumət erkən seçkiyə qərar verərsə, münasibətiniz necə olacaq” sualına cavab verərək bildirib ki, bu məsələni nəzərdən keçirmirlər. Belə çıxır ki, müxalifət seçkiyolu ilə deyil, dövlət çevrilişi yoluyla hakimiyyətə gəlməyi planlayırlar.

Bu durumda, hazırkı müxalifətin Nikol Paşinyanı və komandasını devirmək üçün resursları yetərlidirmi?

Ermənistanda baş verən son prosesləri Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Hakimiyyətdə Paşinyanın qaldığı təqdirdə seçkinin nəticəsinin müxalifətin istəyinə uyğun olacağı ehtimalı da yox səviyyəsindədir. Odur ki, ən asan yol çevrilişdir və müxalifət də bu yolu seçir”.

Paşinyanın heç də küçədə ora-bura gedən müxalifətin varlığını ciddiyə almadığını düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, küçələrə on minlərlə də erməni çıxsa belə, Paşinyan onların öhdəsindən gələcək:

“Erməni keşiş ona verilən göstərişə uyğun danışıb. Keşiş hara baş nazirliyə iddialı olmaq hara? Görünən odur ki, ortaya salınan keşişə gərginliyin artırılması fonunda çevriliş planının həyata keçirilməsi tapşırılıb. Seçki prosesi əslində uzun prosesdir. Hakimiyyətdə Paşinyanın qaldığı təqdirdə seçkinin nəticəsinin müxalifətin istəyinə uyğun olacağı ehtimalı da yox səviyyəsindədir. Odur ki, ən asan yol çevrilişdir və müxalifət də bu yolu seçir.

Amma Baqrat Qalstyana talelərini bağlayın ümid edənlərin ən başdan yanıldığı qənaətindəyəm. Din adamını hakimiyyətə gətirmək fikrinə düşənlər ya onu keçici fiqur kimi irəli verərək qurban etməyi planlayırlar və sonra onun arxasında revanşistləri yerləşdirmək istəyirlər ya da onların bundan başqa əllərində liderlik edəcək başqa fiqurları olmayıb.

Görünən də odur ki, Paşinyanın heç də küçədə ora-bura gedən müxalifətin varlığını ciddiyə almır. Küçələrə on minlərlə də erməni çıxsa belə, Paşinyan onların öhdəsindən gələcək. Arzu edərdik ki, Ermənistanda qarşıdurma elə həddə çatsın ki, vətəndaş müharibəsinə kimi belə gedib çıxsın. Amma Paşinyanın Azərbaycanla sülh əldə etmək istəyi elə bunun qarşısını almağa hesablanıb. Bunu əksər ermənilər də başa düşürlər. Odur ki, erməni keşişə ciddi dəstək vermirlər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Ən çox oxunanalar