Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahunun baş ağrısı - Xan əl-Əhmar düşərgəsi…

Netanyahu hökuməti Xan əl-Əhmar düşərgəsinin sökülməsinin təxirə salmağı xahiş edib…

PİA.az xəbər verir ki, bu İsrailin Ynet nəşrinin yaydığı məlumata görə, İsrail hökuməti Ali Məhkəmədən İordan çayının qərb sahilindəki “Xan əl-Əhmar” bədəvi düşərgəsinin sökülməsi prosesinə başlamamağı xahiş edib. İsrail hökümətinə görə bu, yəhudi dövlətinin reputasiyasına xələl gətirə bilər.

“Hökumət qəti şəkildə inanır ki, oradakı fələstinlilər təxliyə edilməli və binalar sökülməlidir. Lakin bu məsələnin İsrailin təhlükəsizliyinə və beynəlxalq münasibətlərinə həssaslığı səbəbindən evakuasiyanın adekvat şəkildə aparılması üçün daha çox iş görülməlidir”, deyə hökumətin bəyanatında deyilir.

Bununla da İsrail höküməti hökumət Ali Məhkəmədən Xan əl-Əhmərin sökülməsi ilə bağlı sərəncamın icra müddətinin uzadılmasını istəyib.

Bəzi sağçı müxalifət deputatları və hakim “Likud” partiyasının nümayəndələri söküntünün 2023-cü il iyunun 1-dək uzadılması tələbini tənqid ediblər. “Likud” partiyasının deputatı Denni Danon öz Twitter hesabında yazıb: “Hökumətin fələstinlilərin Xan əl-Əhmərdən təxliyyəsindən yayınmaq cəhdi fələstinlilər tərəfindən qeyri-qanuni tikintiləri təşviq edən təhlükəli presedentdir”.

“Biz əvvəlki hökumətin bu məsələ ilə bağlı tərəddüdünü aradan qaldırmaq üçün seçildik, onu uzatmaq üçün yox. Xan əl-Əhməri məhv etmək hələ də gec deyil”, deyə Danon əlavə edib.

“Evimiz İsrail” Partiyasının sədri Aviqdor Liberman da hökümətin bu addımını pisləyib və yazıb: “Yəhudilər üçün bir qanun, fələstinlilər üçün başqa qanun ola bilməz”.

Bədəvi kəndinin sökülməsi üçün müraciət edən məskunlaşma tərəfdarı olan “Reqavim” QHT-si də müddətin uzadılması tələbini müsbət qarşılamayıb.

Qeyd edək ki, sonuncu dəfə Ali Məhkəmə 2022-ci ilin oktyabrında hökumətə Xan əl-Əhmarın sökülməsi ilə bağlı səkkizinci müddətin uzadılmasına icazə verib. Ötən həftə “Likud” üzvləri Xan əl-Əhmərə gələrək hökuməti onun sökülməsini başa çatdırmağa çağırıblar.

Xatırladaq ki, Xan əl-Əhmarın tarixçəsi 2018-ci ilə qədər uzanır. O zaman Baş nazir Netanyahu müdafiə naziri Libermandan Ali Məhkəmənin kəndin sökülməsi ilə bağlı qərarının icrasını təxirə salmasını istəyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar