İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında üç mərhələli atəşkəs planında qeyd olunan tələblərini yerinə yetirməkdən imtina edir...
Poliqon xəbər verir ki, bu barədə "Times of Israel" yazıb.
Onun sözlərinə görə, İsrailin qələbəsi bir-birinin ardıncadır. Eyni zamanda, siyasətçi HAMAS-ın irəli sürdüyü müvəqqəti atəşkəs şərtlərini "sərsəm tələblər" adlandırıb.
Netanyahu hesab edir ki, vəziyyəti həll etmək üçün danışıqlar lazımdır, lakin Fələstin tərəfi məqbul addımlar atmır.
Fevralın 7-də HƏMAS İsrailə Qəzza zolağında üç fazalı atəşkəs planı təklif edib. Razılaşma atəşkəs, əsirlərin mübadiləsi, həmçinin Qəzza zolağının yenidən qurulması və İsrail qoşunlarının Fələstin anklavından çıxarılmasını əhatə edir. Sonradan məlum olub ki, İsrail hakimiyyəti HƏMAS-ın təklif etdiyi barışıq şərtlərini öyrənir.
Poliqon.info