Neftçalada intihara cəhd hadisəsi baş verib.
PİA.az xəbər verir ki, hadisə Neftçala şəhərində qeydə alınıb.
Şəhər sakini, 1989-cu il təvəllüdlü Zeynalova Nisə Adıbala qızı yaşayış binasının ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.
Xoşbəxtlikdən ciddi xəsarət almasa da, qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Report)
pia.az