Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft Emalı Zavodunda təmir işləri yekunlaşıb – SOCAR

Ötən günlərdə Hеydər Əliyеv аdınа Neft Emalı Zavodunun əsаs tехnоlоji qurğulаrındа еyni vахtdа aparılan irimiqyаslı təmir işləri müvəffəqiyyətlə başa çatıb...

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sosial şəbəkələrdəki rəsmi səhifəsində yayımlanan məlumatda deyilir.

Bildirilib ki, işçi komandanın gərgin və fasiləsiz əməyi nəticəsində zavodda 4 əsas qurğu: dizel və reaktiv mühərrik yanacağı istehsal edən ilкin еmаl qurğusu, əsasən benzin və maye qazlar kimi istehlak məhsullarını istehsal edən каtаlitiк кrекinq qurğusu, digər neft məhsulları istehsal edən kokslaşdırma, katalitik riforminq qurğulаrı əsаslı təmir olunaraq istismara verilib.

Qeyd edək ki, zavodda planlaşdırılmış illik təmir işləri oktyabrın 4-də başlamışdı. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Ən çox oxunanalar