Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabinetindən energetik içkilərlə bağlı qərar

İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə dəyişiklik edilərək etil (yeyinti) spirti və alkoqollu içkilərlə yanaşı energetik içkilərin də yetkinlik yaşına çatmayanlara satılmasına görə inzibati məsuliyyət müəyyən olunub.

Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarında dəyişiklik edilib:

3.3-2. Etil (yeyinti) spirtinin, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir.

“Reklam haqqında” Qanunun 12.1-ci maddəsinə müddəa əlavə edilirək energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsinin qadağan müyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq və “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 2 mart tarixli 100 nömrəli nömrəli qərarında dəyişiklik edilmişdi:

2.9. Uşaq verilişlərində alkoqollu və energetik içkilərin və dini proqramlarda (verilişlərdə) alkoqollu içkilərin qaçan sətirlə reklamı verilə bilməz.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Ən çox oxunanalar