Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazarbayevin həyatı təhlükədədir?


Nazarbayev həyatı ilə hədələnəcəyi təqdirdə varis məsələsi qəflətən yarana bilər


Rusiya ekspert cəmiyyəti Qazaxıstanda "Donbas" əməliyyatını fəal həyata keçirməyə başlayıb. 

ANS PRESS-in məlumatına görə, artıq Rusiya Qazaxıstanla bağlı ictimai şüur formalaşdırmağa çalışır ki, guya Qazaxıstan adda belə bir dövlət olmayıb və bu ərazilər vaxtı ilə Rusiya ərazisi olub. Belə bəyanatla Rusiya prezidenti də çıxış edərək Qazaxıstanın dövlət olmadığını iddia edib. 

Putinin təlimatına əsasən qazax soyadlarından istifadə edilir və açıq şəkildə Astana şantaj edilir. Kreml bu gedişdən Ermənistan üçün də istifadə edib. Rusiya Ermənistanı şantaj edərək onları müharibə ilə qorxudurdu. Erməniləri Qarabağın əldən gedəcəyi ilə hədələyən Rusiya bunun üçün erməni soyadlı insanlardan və Ermənistan KİV-dən istifadə edirdi. Ermənistan 3 sentyabrda geri çəkilməyə məcbur oldu. 

Qazaxıstan isə hələ ki mübarizə aparır. Nursultan Nazarbayev Putinə kifayət qədər sərt cavab verdi. O bildirib ki, Qazaxıstanın müstəqilliyi üçün onun ataları vuruşublar: "Ölkənin müstəqilliyi təhlükə altında olarsa Qazaxıstan Avrasiya İttifaqından çıxacaq", deyə Nazarbayev deyib. Bundan sonra isə rəsmi Moskva şantaj və media təsirini dayandırdı, Putinin bəyanatlarını isə inkar etməyə çalışdı.

Rusiya Qazaxıstanla niyə Ermənistanla və ya Ukraynayla olduğu kimi rəftar edir? Axı Astana Avropa ilə Assosiasiya Sazişi imzalamağa hazırlaşmır?

Moskva üçün Qazaxıstan əhəmiyyətli regiondadır və Rusiyaya tabe olmur. Astana Rusiyaya qarşı Qərbin sanksiyalarından istifadə edərək daha da suveren siyasət aparır.

Astana Rusiyanın Avrasiya İttifaqında fövqəlmilli siyasi orqan yaratmaq təşəbbüsünün qarşısını almağı bacarıb. Qazaxıstan həmçinin, Rusiyanın Ukraynaya qarşı sanksiyalarına qoşulmayıb. Hazırda isə ölkə investisiya şərtlərini sadələşdirərək Ümumdünya Ticarət Təşkilatına daxil olmağa çalışır.

Bu proseslər isə Moskva üçün arzuedilməzdir. Görəsən Nazarbayev nə qədər müddət dözəcək? Qazaxıstan prezidentinin sərt cavabı onu göstəririr ki, Nazarbayev axıra kimi mübarizəyə hazırdır. Onda bütün bu məsələlər necə sonlanacaq ? Nazarbayev hakimiyyətinin vəya onun həyatının sonu ola bilər? O, kifayət qədər yaşlı adamdır və zamanla o hakimiyyəti kiməsə təhvil verməli olacaq. Qazaxıstanda bu proses şahlıq sistemi ilə mümkün ola bilər. 

Görəsən yeni varis təzyiqlərə dözəcəkmi?

Astana üçün bu həqiqətən əhəmiyyətli məsələdir. Xüsusən, Nazarbayevin həyatı ilə hədələnəcəyi təqdirdə varis məsələsi qəflətən yarana bilər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar