Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Navalnının ölümünün Putin üçün hansı gözlənilməz nəticələri ola bilər?

Kreml onun ölümünün müxalifət fəalları üçün bir göz dağı olacağına ümid etsə də, əslində bu ölüm Rusiya prezidentinin ən qatı tənqidçisini qəhrəmana və şəhidə çevirir...

Meri Dejevski
The İndependent qəzeti

Demək olar ki, Aleksey Navalninin taleyi 2021-ci il yanvarın 17-də Sibirdə zəhərlənməkdə şübhələnəldiyi hadisədən sonra Almaniyada 5 aylıq müalicə və sağalma müddətindən sonra Rusiyaya qayıtmağa qərar verərkən həll olunmuşdu.

Onun qayıdışı tanınmış adam olduğunu bilən, lakin özünü ilk növbədə rus kimi görən, dəmir barmaqlıqlar arxasında da olsa, missiyası və gələcəyi ancaq vətənində məna kəsb edən bir adamın qeyri-adi cəsarətli hərəkəti idi.

Navalnının ölümü dövlət tərəfindən həyata keçirilən sui-qəsd kimi qiymətləndirilə bilər. Kreml, daha dəqiq desək, Vladimir Putin Navalnnıı (adını heç vaxt çəkmədiyi adam) aradan götürmək niyyətində idi. Lakin Omskda peşəkar təfəkkürlü pilot və cəld düşünən həkim qrupu tərəfindən ilk cəhdin qarşısı alındıqdan sonra bu sui-qəsd niyyəti daha da güclənmişdi.

Navalnının necə və niyə öldüyünü dəqiq müəyyən etmək vacibdir. Penitensiar Xidmət tez bir zamanda qan laxtalanmasını əsas gətirərək təbii səbəbləri göstərib. Ancaq inkar edilə bilinməyən odur ki, Navalnı müxalifətçiliyə yer verilməyən sistemin qurbanıdır.
Dekabr ayında, ilin ən soyuq vaxtı, ailəsi və dostlarının xəbərdar etdiyi kimi, səhhəti pisləşən bir adam üçün ucqar bir həbs düşərgəsinə aparılmağın özü ölüm hökmü idi.

2009-cu ildə Moskva həbsxanasında səhlənkarlıq ucbatından pankreatitdən dünyasını dəyişən ABŞ-Britaniyalı iş adamı Bill Brauderin mühasibi Sergey Maqnitskinin başına gələnlər də məhz bu cürdür. Rusiya həbsxanasında öldürülmək üçün heç kəsə rəsmi və ya qeyri-rəsmi ölüm hökmü verilir. Onsuz da səhhəti çox yaxşı olmayan biri üçün qalanını şərait edir.

Bəs Rusiya prezidenti Navalnının ölümündən faydalanacaqmı? Putin ən nüfuzlu rəqibini itirdi, bəs Navalnının ölümü onun mövqeyini gücləndirir, yoxsa zəiflədir?

Navalnı Rusiyanın heç vaxt görmədiyi müasir üslubda siyasətçi idi. O və gənc komandası müasir medianın ustaları idi. Əvvəlcə yerli korrupsiya problemləri ilə bağlı kampaniya aparan Navalnı Rusiya cəmiyyətinin bir çox səviyyələrində reaksiya gördü.

Onun coğrafi və sosial təbəqələr arasındakı əhatə dairəsi Kremlin bütün digər rəqiblərini üstələyirdi. O, 2013-cü ildə Moskva meri postuna namizədliyini irəli sürərkən, namizədliyinə icazə verildiyi nadir seçkilərdən birində səslərin 27 faizini toplayıb, bu, təəccüblü dərəcədə güclü nəticə idi.

Martın ortalarında keçiriləcək seçkilərdə Putinin yenidən prezident seçiləcəyi şübhəsizdir. Navalnı heç vaxt seçki bülletenində yer almayacaqdı. Yenə də onun ölümü Putin üçün ciddi gözlənilməz nəticələrə səbəb ola bilər.

Kreml bunun müxalifət fəalları üçün çəkindirici rol oynayacağına ümid etsə də, əslində bu, Rusiya prezidentinin ən amansız rəqibini qəhrəmana və şəhidə çevirir. O, insani və siyasi qüsurlarından təmizlənəcək, taleyini bir çox cəhətdən örnək aldığı sovet dövründəki dissidentlər panteonuna müxalifətin ləkəsiz portreti kimi əlavə olunacaq.

Bəs niyə indi onun ölümü barədə bizə məlumat verilir? Kreml əmin ola bilər ki, Navalnının ölüm vaxtı onun reputasiyasına və bütün dünyada fəaliyyət azadlığına bir vaxtlar malik olduğu mənfi təsir göstərməyəcək. Biz onların səhv olduğunu sübut etməliyik.

Doğrudur, təxminən iki il əvvəl Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞAvropa İttifaqının tətbiq etdiyi müxtəlif sanksiyalar və normal ticarət mübadiləsi və diplomatik təmasların virtual sona çatması ilə Qərbin Rusiyaya qarşı demək olar ki, heç bir təsir rıçaqları yoxdur.

Bununla belə, Navalnının Rusiyanın ən sərt həbs düşərgəsi hesab edilən yerdə öldürülməsi Putin rejiminin qəddar təbiətinin sübutu kimi göstərilə bilər. Bu məsələ beynəlxalq forumlarda gündəmə gətirilməlidir. Bir çoxları üçün Ukraynadakı müharibə artıq Kremlin öz düşmənləri ilə necə davrandığına dair kifayət qədər sübutlar təqdim edib.

Qorxudan və ya yanlış yönləndirilmiş sədaqətdən asılı olmayaraq, ruslar son iki ildə bayraq ətrafında toplaşıblar. Hələlik Navalnı Rusiyanın yox, Qərbin şəhidi olacaq. Ümid edək ki, bu vəziyyət dəyişəcək.

Bu arada, Böyük Britaniya diplomatik təsirdən başqayerdə qalan digər vasitələrdən istifadə edərək, Navalnı kimi başqa bir dissidentin azadlığını ən sərt şəkildə tələb etməlidir.
Rusiya və Böyük Britaniyanın ikili vətəndaşı olan Vladimir Kara-Murza ötən il əsasən siyasi hüquqi ittihamlarla, o cümlədən Ukrayna müharibəsinə qarşı çıxmaqda ittiham olunaraq 25 il müddətinə azadlıqdan məhrum edilib.

Navalni kimi onun da səhhətinin pisləşdiyi bildirilir. Navalnını xilas etmək üçün çox gecdir, lakin onun ölümü Böyük Britaniyanı Kara-Murzanın xeyrinə daha fəal səylər göstərməyə sövq edə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar