Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO təklif etsə, İsveç Ukraynaya qoşun yeridə bilər

İsveç Ukraynaya şəxsi heyəti göndərmək niyyətində deyil. Lakin NATO müttəfiqləri tərəfindən təklif olunarsa, belə bir variantı nəzərdən keçirmək imkanını özündə saxlayır...

Poliqon xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson danışıb.

"İndi heç bir konkret təklif yoxdur. Əgər belə təklif ortaya çıxsa, biz onu nəzərdən keçirmək üçün qəbul edə biləcəyik", deyə Conson bildirib.

Bundan əvvəl "Aftonbladet" qəzeti İsveçin müdafiə naziri Pol Consonun və İsveç parlamentinin nümayəndələrinə istinadən ölkənin müdafiə üçün əlavə 28 milyon dollar ayıracağını və yenidən bölüşdürülməsi üçün 85 milyon dollar alacağını bildirmişdi. Vəsait ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün ayrılıb. Həmçinin, "Dagens Nyheter" qəzeti Ukraynaya silah və sursat tədarükü üçün sifarişlərin artması, eləcə də yenidən silahlanma prosesi fonunda İsveçin müdafiə sənayesinin yüksəlişdə olduğunu bildirib.

İsveç martın 7-də rəsmi olaraq NATO-nun 32-ci üzvü olub.

Qeyd edək ki, NATO ölkələri son vaxtlar Ukrayna münaqişəsinə birbaşa müdaxilədən getdikcə daha çox danışırlar. Belə ki, bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makron Fransa hərbçilərinin Ukraynaya mümkün göndəriləcəyini açıqlamışdı. Makronun sözləri bir sıra NATO tərəfdaşları, o cümlədən Almaniya, eləcə də Fransanın özündəki siyasi qüvvələr tərəfindən kəskin tənqid edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Ən çox oxunanalar