Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NASA-nın kosmik zondu Marsda ilk dəfə dağa qalxıb – Foto

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “Curiosity” kosmik zondu Mars planetində ilk dəfə dağa dırmanıb

Qravitasiya tədbirləri görən zond Marsdakı dağda torpağın səthinin yumşaq qum və sərt qayalıqdan ibarət olduğunu kəşf edib.

AZƏRTAC “Science” portalına istinadla xəbər verir ki, zondun təkərlərinin altındakı qayanın alimlərin güman etdiyindən daha yumşaq olduğu müəyyən olunub. Con Hopkins Universitetinin astronomu Kevin Lyuis bildirib ki, zond ilk dəfə Marsın səthində torpaq nümunələrini dəqiq təhlil edib. Onun sözlərinə görə, 2012-ci ildə qırmızı planetin səthinə enən “Curiosity” kosmik zondu astronomların əvvəl göl olduğunu güman etdikləri “Qeyl” kraterinin ətrafında yürüş edib və 753 Mars günündən sonra buradakı “Aeolis Mons” adlanan dağın hündürlüyünə qalxıb. “Dağın zirvəsi böyük tapmaca kimidir. Burada sərt qayalar və yumşaq səth bir-birini əvəz edirlər. Ehtimallardan biri öldür ki, bu dağ qədim gölün dibindəki layların yığınıdır. Başqa ehtimala görə, bu dağ planetdəki göl quruduqdan sonra güclü küləklərin kraterə gətirdiyi qumlardan yaranıb. Düşünürəm ki, zondun qazma işləri zamanı dərin qatlar daha sıx olacaq”, -deyə astronom qeyd edib.

Alimlər bildirirlər ki, Marsın səthinin öyrənilməsi prosesində vaxtilə “Apollon 17” kosmik gəmisinin Ayın səthinin araşdırılması metodundan istifadə oluna bilər. “Curiosity” kosmik zondu da akselerometrlə təchiz olunub və torpağın tərkibini ölçür. Zondun yürüşü dayandırdığı vaxt ölçmə işlərinə başlanılır. NASA-nın məlumatına görə, kosmik missiyanın planetdə olduğu 1743 Mars günü ərzində 700 ölçmə işi aparılıb və “Curiosity” zondunun dağa qalxdığı mərhələlərdə qravitasiyanın səviyyəsinin dəyişməsi ölçülüb. Kosmik zond son olaraq 350 metr hündürlüyə qalxıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar