Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nabiullina çarpaz atəş altında - Kreml Rusiyanın baş bankirini hədəfə alıb…

Kreml Nabiullinanın siyasətini tənqid edib və Mərkəzi Bankı 100 rublun 1 dollardan artıq ucuzlaşmasına görə ittiham edib…

Poliqon xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin TASS Agentliyində Mərkəzi Bankın “yumşaq pul siyasətini” tənqid edən məqalə dərc edib.

Putinin köməkçisinin yazdığına görə, rublun zəifləməsi və yüksək inflyasiyanın əsas səbəbi “yumşaq pul” siyasətidir. Oreşkin buna görə Elvira Nabiullinanın rəhbərliyi altında Rusiya Bankını günahkar hesab edib.

Rusiya prezidentinin köməkçisi bu məqaləni Nabiullinanın daha sərt pul-kredit siyasətini elan etdikdən üç həftə sonra yazıb.

Oreşkin “Güclü rubl Rusiya iqtisadiyyatının maraqlarına uyğundur” başlıqlı məqaləsində yazır:

“Rublun zəifləməsinin və inflyasiyanın sürətlənməsinin əsas mənbəyi pul-kredit siyasətidir. Əslində isə Mərkəzi Bank yaxın gələcəkdə vəziyyəti normallaşdırmaq və kredit faizlərinin dayanıqlı səviyyəyə endirilməsini təmin etmək üçün bütün lazımi alətlərə malikdir”, deyə prezidentin köməkçisi yazır.

Mərkəzi Bankın yumşaq pul siyasəti sərt və aşağı faiz dərəcəsindən fərqlənir. 2022-ci ilin payızından 2023-cü ilin yayına qədər Rusiya Bankı uçot dərəcəsini 7,5% səviyyəsində saxlayıb. Lakin 21 iyul 2023-cü ildə dərəcə dərhal 8,5%-ə qaldırılıb. Həmçinin Nabiullina pul siyasətinin sərtləşdirilməsini və inflyasiyanın azaldılması üçün məzənnənin daha da artırılmasının mümkünlüyünü açıqlayıb. Lakin Oreşkinin bəyanatından belə görünür ki, Kreml yeni siyasəti kifayət qədər sərt hesab etmir.

Oreşkin hesab edir ki, rublun hazırkı məzənnəsi fundamental səviyyələrdən əhəmiyyətli dərəcədə kənara çıxıb və möhkəmlənməsini gözləyir. Kreml rəsmsiinin fikrincə, zəif rubl iqtisadiyyatın restrukturizasiyasını çətinləşdirir və əhalinin real gəlirlərinə mənfi təsir göstərir ki, bu da Kreml üçün çox vacibdir. Çünki vətəndaşların gəlirlərinin artdığı və artmaqda davam edəcəyi faktı Putin tərəfindən dəfələrlə açıqlanıb.

Qeyd edək ki, artıq dövlət təbliğatçıları da Nəbiullinanı tənqid etməyə başlayıblar. Avqustun 10-da teleaparıcı Vladimir Solovyov Mərkəzi Bankın rəhbərindən rublun ucuzlaşmasına görə məsuliyyətə cəlb olunmasını tələb edib, çünki bu, prezident seçkiləri kampaniyası ərəfəsində istehlak qiymətlərinin artmasına səbəb olacaq.

Xatırladaq ki, Oreşkin 2023-cü ilin iyununda Nabiullinanı tərifləyib və inflyasiya ilə mütləq öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar