Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mütəxəssis gözlənilməz xəstəliklə bağlı gənclərə xəbərdarlıq etdi

“Uzun müddətdir ki, insult ancaq qocaların xəstəliyi olmaqdan çıxıb”...

Bu barədə rusiyalı tibb eksperti Cavqarat Murtazəliyeva son dövrlərdə insult hallarının artmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, gənclər arasında insult halları getdikcə daha çox müşahidə olunur.

“Əvvəllər 50-60 yaşlı insult xəstələri gənc sayılırdı. İndi bu yaş artıq bizi təəccübləndirmir. 40 yaşlılar artıq nadir deyil, hətta 30 yaşlı xəstələr də var. Bəzi hallarda tam sağalma mümkündür və xəstə nə qədər gənc olarsa, onun reabilitasiya potensialı da bir o qədər yaxşı olar. Çünki yaş artdıqca neyronların sayı azalır”, - deyə mütəxəssis bildirib.

O, insanları hələ gənc yaşlarından sağlamlıqlarına nəzarət etməyə çağırıb.
Tibb işçisi insult barədə miflərə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu xəstəlik irsi deyil.

Bununla belə “ailə xəstəliyi” nəticəsində yarana biləcəyi barədə də xəbərdarlıq edib.

“Məsələn, insult üçün əsas səbəblər ürək problemləri, diabet və hipertoniyadır. İnsult riskini azaltmaq üçün mütəmadi olaraq sağlamlığınızı yoxlatmalısınız”, - deyə Murtazəliyeva bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Ən çox oxunanalar