Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda maraqlı Yeni İl proqramı


Azərbaycan Dövlət Musiqili Teatrında olduqca maraqlı, musiqili-əyləncəli Yeni il şənliklərinin hazırlıqları başa çatmaq üzrədir. Hər il olduğu kimi bu il də balaca tamaşaçıları uzun müddət unuda bilməyəcəkləri maraqlı anlar, sürprizlər, hədiyyələr və yeni tamaşa gözləyir

                  
 PİA.AZ xəbər verir ki, Yeni İl bayram proqramlarının bəzəyi olan Şaxtababa və Qar qız balacaları teatrın məhz onlar üçün hazırladığı yeni tamaşaya – Şarl Peronun “Yatmış gözəl və cırtdanlar” səhnə əsərinə baxmağa dəvət edəcək.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Elşad Rəhimzadədir. E. Rəhimzadə bildirib ki, Musiqili Teatrın hazıladığı Yeni İl şənliklərində balacaları Disneyin məşhur nağıl qəhrəmanları, sehirli pərilər, oyunbaz çırtdanlar, cadugər, Santa Klaus, sevimli nağıl personajları – Macdonald, Vinni Pux və başqaları ilə əyləncəli anlar gözləyir. “Yatmış gözəl və cırtdanlar”  tamaşasındakı yatmış gözəli oyadacaq Prins – şahzadə məhz balaca tamaşaçılar arasından seçiləcək. Həmin balaca tamaşaçı – şahzadə zaldan səhnəyə gələnə qədər müxtəlif sınaqlardan keçərək sonda yatmış gözəli oyadacaq. E. Rəhimzadə qeyd edib ki, teatrın hazırladığı builki Yeni il şənlikləri məktəblilərin qış tətili günlərində uşaqlara ikiqat bayram əhval-ruhiyyəsi bəxş edəcək.

Tədbirin sonunda Şaxtababa hədiyyələrlə balaca tamaşaçıları sevindirəcək.
2014-cü il dekabrın 25-dən 2015-ci il yanvarın 10-a qədər təşkil olunacaq Yeni İl şənliklərinə və  “Yatmış gözəl və cırtdanlar” tamaşasına biletləri teatrın və şəhərin kassalarından əldə etmək olar. Övladlarınıza Yeni il ərəfəsində əsl bayram əhval-ruhiyyəsi yaşatmaq istəyirsinizsə, tələsin! Tamaşalara kollektiv sifarişlər də qəbul olunur.

pia.az

tumba.174x110 2əd.jpg görüntüleniyor


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar