Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat mitinqlərə başlayacaq


Bahalaşmaya qarşı aksiyalar gündəmə gəlir


Fevralın 28-də Bakının mərkəzində, Fəvvarələr meydanında ölkədə manatın ucuzlaşmasından sonra yaranmış süni qiymət artımına qarşı etiraz aksiyası keçirilib. Bir qrup gəncin keçirdiyi aksiyanın iştirakçılarından 10 nəfər polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. 

Qeyd edək ki, fevralın 21-də manatın ucuzlaşmasından sonra ölkədə müşahidə olunan bahalaşma ilə bağlı ölkədəki bir sıra siyasi partiyalar etiraz bəyanatları verib hakimiyyəti ciddi önləyici tədbirlər görməyə çağırıblar. 

Fevralın 25-də Milli Strateji Düşüncə Mərkəzi Müsavat Partiyasının qərargahında ölkədəki son böhranla bağlı dinləmələr təşkil etdi. Azərbaycan Demokratiya və Rifah Hərəkatı manatın devalvasiyasına həsr olunan ekspert müzakirəsi keçirdi. Ancaq bəllidir ki, bu tədbirlər daha çox nəzəri xarakter daşıyır. Heç bir müxalifət partiyası və birliyi tərəfindən bəyanatdan o tərəfə addım olmayıb. Müxalifət yaranmış vəziyyətdə kütləvi aksiyalar keçirməyib.  
Bəs, düşərgənin mart ayı üçün kütləvi aksiyalar keçirmək planı varmı?



Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli bildirdi ki, kütləvi aksiyalara start verilməsi istiqamətində müzakirələr Müsavatda yanvar ayından başlayıb. Daha münasib vaxtın seçilməsi istiqamətində təkliflər verilib və aksiyanın mart ayında keçirilməsi nəzərdə tutulur: “Bahalaşma ilə əlaqədar cəmiyyətdə narazılıq çox böyükdür və etiraz aksiyalarına ciddi ehtiyac var. Narazılığın olduğunu göstərən məsələlərdən biri bir qrup gəncin fevralın 28-də mitinq keçirməyə göstərdikləri cəhddir. Yəni hətta siyasi partiyalardan, müxalifətdən kənarda belə, aksiyaların keçirilməsinə cəhdlər edilirsə, bu, mitinqlərə tələbatın olmasını göstərir. Yeri gəlmişkən, mən həmin aksiya vaxtı hadisə yerində olmuşam. Mənimlə bir yerdə başqa müsavatçılar da dəstək üçün ora gəlmişdik. Düzdür, arxasında təşkilatın durmadığı mitinq təşəbbüsləri kütləvi alınmır. Ona görə də gənclər də hər hansı bir aksiya təyin eləyəndə bunu rəsmi qaydada eləsinlər və siyasi təşkilatların da o mitinqə qatılmasını təmin etsinlər. Düzdür, gənclər fərd olaraq hər kəsi dəvət eləmişdilər amma fərdləri dəvət eləməklə yanaşı, həm də təşkilatları da dəvət eləmək lazımdır. Mən Milli Şuranın martın 15-nə təyin elədiyi mitinqi təqdir edirəm. Müsavat Partiyası da bununla bağlı qərarlar verəcək. Cəmiyyət görəcək ki, qiymətlərin daha kəskin artımı mart ayından başlayaraq müşahidə olunacaq. Ona görə də bahalaşmaya, süni qiymət artımına, monopoliyaya qarşı etirazlara ehtiyac var. Müsavat Partiyası bu etirazların önündə olacaq”. 



8 partiyanın daxil olduğu “Azadlıq-2015" seçki blokunun kütləvi aksiyalar məsələsinə münasibətinə gəlincə, blokda təmsil olunan AXP-nin sədri Pənah Hüseyn bildirdi ki, blokda mart ayında kütləvi aksiyalar keçirmək üçün müzakirələr aparılmayıb: ”Amma kütləvi aksiyalar keçirmək vətəndaşların konstitusion hüququdur. O baxımdan da biz bu istiqamətdə olan tədbirləri prinsipcə müdafiə edirik. Sosial-iqtisadi məsələlər, siyasi məhbus problemi ilə bağlı keçirilən aksiyalarda bir qayda olaraq partiyaların üzvləri iştirak edirlər".

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, təmsil olunduğu “Qarabağ” blokunda hələ ki, kütləvi aksiyalar keçirmək məsələsi müzakirə olunmayıb.

Müxalifətin digər bir cinahı Milli Şura isə deyildiyi kimi, artıq mitinq qərarı verib. Milli Şuranın Koordinasiya Mərkəzi fevralın 28-də keçirilən iclasında manatın devolvasiyası, ölkədə bahalaşma mövzusunda müzakirələr aparılıb və qərara alınıb ki, 15 mart 2015-ci ildə Milli Şuranın “Talançılığa son” şüarı ilə mitinqi keçirilsin. Mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərilməsi qərara alınıb.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar