Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada Rusiya, İran, Suriya və Türkiyənin müdafiə nazirləri görüşü olub...

Moskvada Rusiya, İran, Suriya və Türkiyə Müdafiə nazirliklərinin rəhbərləri arasında dördtərəfli danışıqlar keçirilib...

Görüş zamanı Suriya Ərəb Respublikasında təhlükəsizliyin möhkəmləndirilməsi və Dəməşq ilə Ankara arasında münasibətlərin normallaşdırılması sahəsində əməli addımlar müzakirə olunub.

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, bu barədə aprelin 25-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin Telegram kanalında qeyd olunub ki, Suriyada terror təhlükələrinə qarşı mübarizə və ekstremist qruplarla mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.

Müdafiə nazirləri dialoqun konstruktiv xarakterini və Suriyada və bütövlükdə regionda vəziyyətin sabitləşməsi üçün onun davam etdirilməsinin zəruriliyini vurğulayıblar. Tərəflər həmçinin Suriya Ərəb Respublikasının ərazi bütövlüyünü qorumaq istəklərini və suriyalı qaçqınların evlərinə tezliklə qayıtması üçün səylərin gücləndirilməsinin zəruriliyini təsdiqləyiblər.

Bundan başqa, məlumatda bildirilir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu həmkarları ilə bir sıra ikitərəfli danışıqlar aparıb. Rusiya Hərbi Departamenti qeyd edir ki, görüşlərin gündəliyinə ikitərəfli əməkdaşlığın aktual məsələləri, o cümlədən qlobal və regional təhlükəsizliyin təmin edilməsi daxildir.

Qeyd edək ki, sonuncu dəfə 2022-ci il dekabrın sonunda Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib. Bu danışıqlar Ankara və Dəməşq üçün son 11 ildə ilk rəsmi danışıqlar olub. Bundan sonra İran dialoqa qoşulmaq istəyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlandı

Gürcüstanın baş naziri: Ölkənin “ukraynalaşması” yolverilməzdir...

Ən çox oxunanalar