Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva adından iftar verilib

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar verilib...

APA-nın Moskva müxbirinin məlumatına görə, 1500 nəfərdən çox insanın iştirak etdiyi iftar süfrəsi Moskva müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə "Poklannaya qora"da qurulan Ramazan çadırında keçirilən "Azərbaycan axşamı" çərçivəsində baş tutub.

Bu il gecə "Ailə ili"nə həsr olunub.

Moskvada müsəlman dini məktəbinin direktoru Ənəs Həzrət Məmmədov tədbirə ev sahibliyi etdiyi üçün Heydər Əliyev Fonduna təşəkkür edib. O bildirib ki, Rusiyanın mərkəzində, Moskva şəhərində bu qədər insanları bir araya toplamaq, bu qədər insanlara bizim ölkəmizin, millətimizin gözəl mətbəxini, adət-ənənələrini göstərmək asan bir şey deyil: “Bu böyük bir tədbirdir. Bizim üçün böyük fəxrdir ki, Heydər Əliyev Fondu Moskvada bu işi neçə illərdir ki, görür”.

Tədbir çərçivəsində dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə, layihəyə təşkilati, yaradıcı və mənəvi dəstək verdiyinə görə Moskva şəhərinin müftisi, Moskva cümə məscidinin baş imamı İldar Alyautdinovun adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür məktubu təqdim olunub.

Daha sonra din xadimi tərəfindən azan oxunub, Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub. Gecədə “Buta” triosunun ifasında Azərbaycan muğamı və musiqisindən parçalar səslənib, müsəlman məktəbinin şagirdləri Məhəmməd peyğəmbərin həyatından bəhs edən teatrlaşdırılmış səhnəciklər təqdim ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 18 ildir ki, Moskvada təşkil olunan "Ramazan çadırı" layihəsində iştirak edir. "Ramazan çadırı" Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihədir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar