Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada “Albert Rıji”ni öldürən qubalı killerin cinayət işinin istintaqı yekunlaşıb - Video

İstintaq Komitəsinin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən daha iki şəxs barəsində cinayət işi açılıb...

Moskva şəhər İstintaq Komitəsi idman zalında “Albert Rıji” (“Kürən Albert”) ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Əli Heydərovu güllələyən killer Mətləb Sultanovun cinayət işinin istintaqını yekunlaşdırıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2021-ci il aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən “Al Yelkən” elit yaşayış kompleksinin fitnes zalında Əli Heydərova tapançadan bir neçə dəfə atəş açıb.

Əli Heydərov (“Albert Rıji”) aldığı güllə yaralarından yerindəcə keçinib.

Cinayətin törədilməsinə səbəb Əli Heydərovun Moskva şəhərində və Moskva vilayətində sahibkarlıq fəaliyyəti ilə məşğul olması göstərilir.

İstintaq Komitəsinin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən daha iki şəxs barəsində cinayət işi açılıb. Onlar axtarışa veriliblər.

Rusiya mətbuatında yayılan digər məlumatlara görə, “Albert Rıji”nin qətli onun əzəli düşməni, cinayətkar aləmdə böyük nüfuzu olmuş “Lotu Quli”nin (əsl adı Nadir Səlifov - red.) öldürülməsinin qisası da ola bilər.

Qeyd edək ki, “Lotu Quli” postsovet məkanında ən nüfuzlu “qanuni oğru” hesab olunurdu. Onu “Moskva bazarlarının kralı” adlandırırdılar.

“Albert Rıji”ni qətlə yetirən killerə gəldikdə isə əslən Quba rayonundan olan Mətləb Sultanov 2008-ci ildə bacısını öldürüb, yeznəsinin qulağını kəsib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar