Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Molla rejimi geri addım atdı: “Əxlaq polisi” artıq hicab qaydalarını pozanları həbs etməyəcək

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Yaqub Rzazadə ölkədə məcburi hicab pozuntusu ilə mübarizə çərçivəsində yenidən patrul fəaliyyətinə başlayan “əxlaq polisi”nin yalnız xəbərdarlıq edəcəyini və həbsdən söhbət gedəməyəcəyini bildirib...

Poliqon xəbər verir ki, İSNA Agentliyinə danışan Rzazadə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin və polisin müvafiq rəsmilərinin iştirakı ilə keçirilən görüşün məzmunu barədə məlumat verib.

“Bu görüş bəzi deputatların hicab pozuntuları ilə kifayət qədər mübarizə aparılmaması ilə bağlı tənqid və şikayətlərinə cavab olaraq keçirilib”, deyə Rzazadə bildirib.

Məcburi hicabla bağlı əxlaq polisinin praktikasının mahiyyətindən danışan deputat bildirib: "Hicab pozuntusu ilə mübarizədə mədəniyyət bölmələri öz rolunu oynamalıdır. Ona görə də polis patrulları artıq əvvəlki kimi olmaycaq. Onlar xəbərdarlıq patrulu olacaq, insanları nəzarətə götürməyəcəklər. Küçədə dayanan polis mikroavtobuslarından da yalnız xəbərdarlıq məqsədi ilə istifadə olunacaq. Çünki bundan sonra mədəni-kütləvi tədbirlərə daha çox önəm veriləcək".

Ötən ilin sentyabrında İranda 22 yaşlı Məhsa Əmin əxlaq polisi tərəfindən saxlandıqdan sonra öldükdən sonra bütün ölkə boyu etirazlar başlayıb. Etirazlarda 1979-cu ildən tətbiq edilən məcburi hicab qanununun yumşaldılması tələb edilib. Aksiyalarda çox sayda adam ölüb və həbs olunub.

Təxminən 4 aya yaxın davam edən aksiyalardan sonra bəzi qadınların sosial şəbəkələrdəki paylaşımlarında hicabsız küçələrdə və iş yerlərində gəzdiyi görülərkən, son günlər bundan narahat olan rejim tərəfdarları olan mühafizəkarlar yaranmış vəziyyətə reaksiya verərək, hakimiyyəti qaydaları tətbiq etməyə çağırmağa başlayıblar.

Bu reaksiyalardan sonra polis “əxlaq polisi” kimi tanınan “İrşad patrulları”nın məcburi hicab qaydasını pozanlarla mübarizə çərçivəsində yenidən yoxlamalara başladığını açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Ən çox oxunanalar