Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mobil oyun sənayesi ilk dəfə geriləyə bilər

100 milyard dollar həddini keçən mobil oyun sənayesi gəlirinin bu il smartfonlar dövründə ilk dəfə azalacağı gözlənilir...

PİA.az “Financial Times”a istinadən xəbər verir ki, “Newzoo”nun datalarına əsasən, mobil oyun sənayesinin bu ilki gəliri əvvəlki ilə görə 6,4% azalaraq 92,2 milyard dollara qədər geriləyə bilər. 100 milyard dollarlıq gəlir həddini aşan və sürətli böyüməsi ilə tanınan mobil oyun bazarı ötən il 7,3%, 2020-ci ildə isə 25,6% artıb.

Digər bir araşdırma şirkəti “Ampere” isə hesablayıb ki, mobil oyun sənayesinin gəlirləri 2022-ci ildə hər il 6,4%, başqa sözlə, 6 trilyon dollar azalacaq. Bazardakı tənəzzülün səbəbləri arasında artan reklam xərcləri, istehlak xərclərinin azalması və mobil oyun sənayesini inkişaf etdirən Covid-19 pandemiyasının kütləvi şəkildə sona çatması var.

Mobil oyun sənayesinin ilk nümunələri 1990-cı illərdə ortaya çıxsa da, 2008-ci ildə başlayan smartfonlar dövründə sənayedə böyük irəliləyiş əldə edilib. Sektorun gəlirləri 2008-ci ildən sonrakı dövrdə ilk dəfə olaraq azalacaq.

Qeyd edək ki, mobil oyun sənayesi qlobal oyun bazarı gəlirlərinin yarısını təşkil edir. 2022-ci ildə gəlirlərinin 92 milyard dollar olacağı təxmin edilən mobil oyun sənayesi ilk sırada yer alarkən, pultlu oyunların bazar gəliri 51,8 və yüklənə bilən stolüstü oyunlar isə 38,2 milyard dollardır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar