Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MN: Düşmən komandanlığı sanki daha çox vətəndaşının tələf olmasını istəyir

Azərbaycan Ordusunun əks hücum əməliyyatı nəticəsində düşmənin zirehli texnikaları, əlavə təminat vasitələri məhv edilib”.

PİA.az-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində üstünlüyü əlində saxlayır: “Ordumuzun qan təminatı sahəsində hər hansı problem yoxdur. Sosial şəbəkələrdə bununla bağlı yayılan qərəzli məlumatlar yersizdir. Əhali Müdafiə Nazirliyinin “Qaynar xətti”ni bununla bağlı məşğul etməsinlər”.

A. Eyvazov Müdafiə naziri Zakir Həsənovun bu gün xidməti müşavirədə ordumuza müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb: “Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib. Cəbhə boyu sıxışdırılan düşmən bir neçə gündür ki, şəhərlərimizi Cermuk, Qafan və Berd rayonu ərazisindən raket atəşinə tutur. Bunlar Azərbaycan Ordusunu cavab addımları atmağa məcbur edir. Ermənistan rəhbərliyi əhalini yanlış yöndə istiqamətləndirir. Düşmən komandanlığı məğlubiyyətin qaçılmaz olduğunu dərk etsə də, sanki daha çox vətəndaşının tələf olmasını istəyir”.

Mətbuat katibi qeyd edib ki, Azərbaycan humanitar dəhlizlərin açılması ilə bağlı erməni əhalisinə müraciət edib: “Müraciət könüllü təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilib. Azərbaycan Ordusu döyüş aparılan ərazilərdə beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərir. Hərbi qulluqçularımız münaqişədə iştirak etməyən şəxslərə yardım göstərmək qaydalarına əməl edir. Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız Ermənistan Ordusuna məxsus legitim hərbi obyektləri hədəf alır. Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına dair memorandumun prinsiplərinə tam əməl edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Ən çox oxunanalar