Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mir Şahin İlyas İsmayılova qarşı - Video

Tanınmış telejurnalist Mir Şahin Ədalət Partiyasının sədri İlhas İsmayılovun verdiyi bir müsahibəyə münasibət bildirib

“Mir Şahin saatı” proqramında İ.İsmayılovun açıqlamasını şərh edən Mir Şahin keçmiş nazir və baş prokurorun bir çağırış əvvəl deputatı olduğu Milli Məclisi “Tovuz palatkası yerinə” qoymaqda suçlayıb.

Telejurnalist İ.İsmayılovun Azərbaycanda şəffaf seçki keçirilməsi üçün “Suriyadakı kimi seçkilərin BMT tərəfindən keçirilməsi” “təşəbbüsünə” sərt reaksiya göstərib:

“Mən təxminən 7-8 aydır ki deyirəm, “sosial şəbəkə müxaifəti” deyilən çox səviyyəsiz, qeyri-ciddi, başıpozuq, virtual küçə uşaqlarının Azərbaycana gətirmək istədikləri elə ərəb inqilablarının ssenarisinə uyğun səhnələşdirilən faciələrdir. Onlar buranın, məsələn, Suriyaya çevrilməsini istəyirlər. Amma bir ovuc bunlar hər vəchlə öz ana-bacılarını, arvad-uşaqlarını köməyə çağıraraq dırnaqarası kişilik nümayiş etdirir, məni və mənimlə həmfikir olanları təhqir edirlər. “Azərbaycanı Suriya etmək istəyirlər” deyəndə mən bunu nəzərdə tuturam. İ.İsmayılov o arzuları dilinə rəsmən gətirən ilk az-çox siyasət adamıdır”.

O, eyni zamanda bu mövzuya mətbuatın da reaksiya vermədiyini tənqid edib:

Əli Kərimlinin meydandan 2500 manatlıq cərimə meydançasına qoyulmasına qədər zolaqlı-zolaqsız mövzuları müzakirə edən qeyri-peşəkar virtual mətbuat nədənsə qabaqda gedən hüquqşünasımızın Suriya arzusuna reaksiya vermədi”.(axar.az)

Daha ətraflı süjetdə…

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Ən çox oxunanalar