Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin komitə sədri məhkəməyə verilib


Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev məhkəməyə verilib


Bu barədə Strateq.az-a Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayev məlumat verib. 

Onun sözlərinə görə, Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev İqtisad Universitetinin rektoru işləyərkən ona qarşı iki qanunsuz əmr verib: «Həmin əmrlər saxta sənədlərə əsaslandığından cinayət tərkibi yaranıb. Bundan əlavə, o, mətbuata açıqlamasında «Mən, Bədirxan Musayevə «Vətən xaini» damğası vuraraq, qovmuşam», - deyib. Şübhəsiz ki, Şəmsəddin Hacıyevin nə mənə, nə də başqasına «Vətən xaini» damğası vurmaq səlahiyyəti yoxdur və ola da bilməzdi. Razılaşaq ki, bütün bunlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ciddi məsuliyyət və cəza yaradan hallardır. Mən də bunları əsas tutaraq, Nəsimi rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışam. Artıq iş üzrə hakim bəllidir və dünən proses keçirilib».

Professor deyir ki, hakim Şəlalə Həsənova dünən şikayətinin baxışa qəbul edilməsi ilə bağlı iclas keçirib: «Doğrudur, bilirəm ki, hakim Şəlalə Həsənova Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına görə işi ya icraata qəbul etməyəcək, ya da qəbul edib, başqa bir bəhanə ilə rədd edəcək. Zatən, Azərbaycan məhkəmələrindən başqa gözləntim də yoxdur. Sadəcə, mən istəyirəm ki, cəmiyyət kimin haqlı olduğunu görsün».

 Deputatın mövqeyini də dinləməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar