Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Konservatoriyada ustad sənətkarın yaradıcılıq axşamı baş tutdu

Azərbaycan Milli Konservatoriyasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, dossent, virtuoz qarmon ifaçısı Aydın Əliyevin 60 illik yubileyinə həsr olunmuş yaradıcılıq axşamı baş tutub...

PİA.az xəbər verir ki, 25 oktyabr tarixində ustad sənətkar Aydın Əliyevin yaradıcılığına həsr olunmuş konsertdə bir-birindən maraqlı instrumental ifalar, qarmon duetləri və sevilən sənətkarların canlı ifaları səsləndirilib.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Respublikanın Xalq Artisti, professor Siyavuş Kəriminin çıxışı ilə başlayan konsertdə Aydın ƏliyevAzərbaycan Milli Konservatoriyasının Xatirə Döş Nişanı” və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən “Uzun müddət pedaqoji sahədəki səmərəli fəaliyyəti və 60 illik yubileyi ilə əlaqədar” Fəxri Fərmanla təltif edilib. Həmçinin, konsertdə ustad sənətkarın həyat və yaradıcılığı haqqında da videoçarx təqdim olunub.

Daha sonra Aydın Əliyevin tələbələrinin iştirakı ilə davam edən konsert proqramında Respublikanın Xalq Artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Azər Zeynalov, Ənvər Sadıqov, Malik Mansurov, Elçin Həşimov, Əməkdar Artist Elnur Əhmədov və Aydın Əliyevin rəhbərliyi ilə instrumental ansambl çıxış edib.

Konsertin ən gözəl dəqiqələri Siyavuş Kərimi və Xalq Artisti Azər Zeynalovun bəstəkar Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etməsi ilə davam edib.

Yaradıcılıq axşamının kuliminasiya anı isə Xalq Artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının ifasında Aydın Əliyevin öz bəstələri olan “Muradı rəqsi” və “sözsüz mahnı”dan ibarət musiqi çələnginin səsləndirilməsi olub.

Sonda isə dəyərli sənətçilər Aydın Əliyev və Ənvər Sadıqovun dueti ilə Bayatı-şiraz rapsodiyasında musiqilər səsləndirilib. 

Konsertdən bəzi fotoları təqdim edirik:

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar