Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili: “Kasıb deyir ki, ölümə 7 gün ehsan verəcəm” –  Video

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində pandemiya dövrünün toy və yaslarından danışıb...

O, indiki toyları tarixi adət-ənənələrə parodiya adlandırıb: “İndiki toy və yasların bəziləri bizim tarixən formalaşmış toy-yas ənənələrimizə bir parodiyadır. Köhnə Bakı toyları yadıma düşür, bir dəfə dedim ki, qayıtmalıyıq köhnə Bakı toylarına. Bugünkü toylarda 5 saat otur, aşırı dərəcədə yemək, içmək, heç kim bir-birini dinləmir, gurultu da bir yandan, bu nə toydur? Toy olar, ailə, dost, tanış gələr, oynayar. Əvvəllər ağsaqqallar söz deyərdilər, indi daha söz demək də yoxdur”.

Xalq şairi şadlıq saraylarının yüksək qiymətlərindən də gileylənib: “Şadlıq evlərinin bir mafiyası var. Deyir, 150 manata yemək verirəm. Mən qonağıma belə yemək vermək istəmirəm. 50 manat mənə bəs edir. Onda da deyir, burda toy keçirə bilməzsən. Bu, qudurğanlıqdır. Pandemiyadan əvvəl də toyların sadələşdirilməsi məsələsi gedirdi. Həmçinin də yasları sadələşdirdilər, Naxçıvanda, sonra da yavaş-yavaş Bakıda. Ucqar kəndlərdə sadələşməyə ciddi müqavimət var. Əhalinin ən kasıb zümrəsi deyir yox hər gün yeddiyə kimi yas verəcəyəm. Bu nə xəstəlikdir? Bununla ölünü qaytarırsan ya onun yerini möhkəmlədirsən? Ya Cənnətdə onun üçün xüsusi yer sifariş verirsən? Bu nə deməkdir?”.(yeni sabah)

Həmin görüntüləri təqdim edirik:

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar