Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Milla”nın yararsız məhsulları məhv edildi – Son bir ayda 5-ci dəfə…

İstifadə müddəti bitmiş 16 adda, 4 min 383,46 kq müxtəlif növ süd məhsullarının xammal və qatqıları məhv edilib

“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 16 adda, 4 min 383,46 kq müxtəlif növ süd məhsullarının xammal və qatqıları məhv edilib.

Bu barədə AQTA-dan məlumat verilib.

Məlumat üçün qeyd edək ki, son bir ayda AQTA “AZ FP CO LTD” MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş tonlarla yararsız məhsulu məhv edib. Bir ay ərzində edilən 5 müraciətdən sonra ümumilikdə 51 min 992 kq yararsız məhsul məhv edilib.

Onu da bildirək ki, Azərbaycanın aparıcı süd məhsulları istehsalçılarından biri olan “AZ FP CO LTD” MMC (VÖEN-1300995031) öz məhsullarını bazara “Milla” markası ilə çıxarır. “AZ FP CO LTD” MMC dövlət qeydiyyatına 2006-cı ildə alınıb. Nizamnamə kapitalı 41 milyon 131 min 38 manat olan MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı Şossesi), ev 15-ci km-də yerləşir. Hazırda şirkətə Azər Vahabzadə rəhbərlik edir.

Onu da qeyd edək ki, “AZ FP CO LTD” MMC yeni açılan zaman şirkətə İran əsilli iş adamı Mənuçehr Əhədpur Xangah rəhbərlik edib. Mənuçehr Əhədpur Xangah hazırda Yasamal rayon, Haqverdiyev ev 21 ünvanında yerləşən onlarla şirkətə rəhbərlik edir. Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan “Gilan” holdiqlə birgə çəkilib.

Qeyd edək ki, ötən ayın 20-də Yeniavaz.com saytınada “Milla”nın 252 min vergi borcu var – Fotofakt” başlıqı yazı yayımlanıb. Həmin yazıda “AZ FP CO LTD” MMC-nin dövlət büdcəsinə 252 min 523 manat 67 qəpik vergi borcunun olduğu göstərilib. Məlumat üçün bildirək ki, bu yazı yayımlandıqdan sonra şirkət dövlət büdcəsinə olan borcunu ödəyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar