Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Microsoft” “Windows 7” əməliyyat sisteminin dəstəklənməsini dayandırır

Sistemin dəstəklənməsi 2020-ci ilin 14 yanvar tarixindən dayandırılacaq

10 illik fəaliyyətdən sonra "Windows 7" sisteminin dəstəklənməsi 2020-ci ilin 14 yanvar tarixindən dayandırılacaq. Səbəb isə "Microsoft"un 2009-cu ilin 22 oktyabr tarixində "Windows 7" işə salınarkən şirkətin üzərinə götürdüyü 10 illik dəstək öhdəliyinin müddətinin sona yaxınlaşmasıdır.

Xəbər verilir ki, istifadəçilər bu barədə bildirişləri bu ilin aprel ayından etibarən almağa başlayıblar. Bildirişlər il ərzində bir neçə dəfə təkrarlana bilər. Bunun əsas məqsədi müştəriləri yeniliklərə hazırlamaqdır. İnformasiya xarakteri daşıyan bildirişləri almaqdan imtina etmək də olar.

Bununla belə, "Windows 7" fəaliyyətini davam etdirəcək, amma istifadəçilər "Microsoft"dan təhlükəsizlik bildirişləri almayacaq. Bu isə o deməkdir ki, köhnə proqram təminatında çalışan kompyuterlər viruslara qarşı həssas olacaq. Həmçinin, "Microsoft" "Windows 7"-ə texniki dəstək göstərməyəcək.

Bu keçidi rahatlaşdırmaq üçün "Microsoft FastTrack"in təklif etdiyi "Desktop App Assure" xidməti aktivləşdirilir. Bu xidmət "Windows 10" və "Office 365ProPlus" ilə bağlı yarana biləcək istənilən problemi aradan qaldırır.

Bundan başqa, "Microsoft" SQL Server 2008 və Windows Server 2008 məhsullarını dəstəkləməyi müvafiq olaraq 2019-cu ilin 9 iyul və 2020-ci ilin 14 yanvar tarixindən dayandırır.

Qeyd edək ki, "Windows Server 2008" 2010-ci ilin 14 yanvar tarixindən fəaliyyətini saxladığı halda, SQL Server 2008 bunu 2019-cu ilin 9 iyul tarixində edəcək.

"Windows Server 2008/2008 R2" və "SQL Server 2008/2008 R2"in fəaliyyət vaxtının bitməsi müştəriləri kibertəhlükələr ilə üz-üzə qoyur. Bu səbəbdən müşrətilərə yeni məhsullardan istifadə etmək tövsiyə edilir.

Bu dəyişiklilərlə bağlı "Microsoft" "Windows 10" üçün bələdçi rolunu oynayacaq "IoT"u təklif edir. Bu xidmət 2028-ci ilə qədər aktiv olacaq və bu illər ərzində "Windows 10"da çalışmaq üçün dəstək funksiyasını yerinə yetirəcək.

Bundan başqa, "Microsoft" tərəfdaşlarla əməkdaşlıq çərçivəsində müştərilərə SAM (Software Asset Management) xidmətini təqdim edir. Müştərilər infrastrukturun optimallaşdırılması, kibertəhlükəsizlik və "bulud" məhsuldarlığının ölçülməsi üçün bu xidmətdən istifadə edərək, proqram təminatına lazımsız xərclərin qarşısını alır, həmçinin məhsulların köhnəlmiş versiyalarından istifadə riskindən azad olurlar.

Qeyd edək ki, "Windows 10"un ödənişsiz istifadə müddəti 2016-cı ilin 29 iyul tarixində bitib. Bundan sonra yeni proqram təminatını yalnız ödənişli əsaslarla əldə etmək mümkün olcacaq. "Windows 10" proqram təminatının qiyməti son 10 ildə proqram təminatları üçün tələb olunan rəqəmdən kifayət qədər aşağı olacaq.

Bundan başqa, "Windows 7"-dən "Windows 10"-a keçid barədə ətraflı məlumat əldə etmək üçün bildirişlərdəki "Daha ətraflı" düyməsini basa, həmçinin www.microsoft.com/windows7 saytını ziyarət edə bilərsiniz. Saytın anlaşılan məzmunu şəkil və sənədlərin yeni proqram təminatına köçürülməsini asanlaşdırır. Bundan başqa, sayt vasitəsilə siz yeni qurğuların seçilməsi, həmçinin, "Windows" və "Office" proqramlarının yeni versiyalarının necə çalışması haqqında dolğun məlumat əldə edə bilərsiniz. Yeni qurğuda işə başlayarkən onlayn dəstək bir toxunuşla sizə əlçatan olacaq. Həmçinin cihazınızı haradan əldə etməyinizdən asılı olmayaraq, şirkətə məxsus istənilən mağazaya yaxınlaşıb, texniki problemi aradan qaldıra bilərsiniz.(Trend.az)

pia.az


Etiket: Windows 7

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Fərhad Məmmədov: İstəsələr də, istəməsələr Azərbaycan Şərqə və Qərbə açılan qapıdır...

Ən çox oxunanalar